Yaxın gələcəkdə daşınmaz əmlakın icbari sığortası elektronlaşacaq.
Azərbaycanda daşınmaz əmlakın sığortalanması üçün qurulan yeni elektron sistem işə düşəcək. Bu sistem həm əmlakın sığortalanması prosesini sadələşdirəcək, həm də əmlakın sığortalı olub olmadığına nəzarət etməyə imkan verəcək. Ölkədə sığortalana biləcək 1 milyondan artıq ev var və yeni sistem vasitəsi ilə bu evlərin sığortalanması prossesi asanlaşacaq. Həmçinin ev sahibi özü elektron sistemə daxil olub sığorta şəhadətnaməsini ala biləcək. Bundan əlavə evlərin sığorta olunub-olunmadığını elektron şəkildə müəyyən etmək imkanı yaranacaq. Qanunvericilikdə daşınmaz əmlakın sığorta olunmamasına görə cərimə tətbiqi qeyd olunsa da, işləmə mexanizmi hələlik hazir deyil. Yaxın gələcəkdə sığortası olmayan qeydiyyat şəhadətnaməli mənzillər aşkar edildikdə cərimə tədbiq ediləcəkdir. Bu cərimə metodu praktika avtomobillərin icbari sığortalanması üçün uğurla tətbiq edilir və nəticədə qeyd etmək olar ki, avtomobillərin böyük əksəriyyətinin icbari sığortası mövcuddur və hər il də Sığorta şirkətləri tərəfindən yenilənir. Əlavə olaraq qeyd edim ki, avtomobilini icbari sığorta etdirməyən sürücülər-fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər isə 300 manat məbləğində cərimə edilirlər.
Fariz Hacızadə
ASA ekspert qrupunun üzvü
Comments are closed.