Xələf Xələfov: İran terror aktına və onun ağır nəticələrinə görə məsuliyyət daşıyır

Yanvarın 27-də saat 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın olub. Bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Xələf Xələfov məlumat verib.

Onun sözlərinə görə, bu hadisə gözlənilməz olub.

“Çünki belə hadisələrin baş verməsi ehtimalı azdır, ümumiyyətlə qəbuledilməzdir. Vyana Konvensiyasının müvafiq maddələrinə əsasən, səfirliyin təhlükəsizliyinə cavabdehliyi onun yerləşdiyi ölkə daşıyır. İran bir dövlət olaraq terror aktına və onun ağır nəticələrinə görə məsuliyyət daşıyır”.

Real vaxt yeniləmələrini birbaşa cihazınızda əldə edin, indi abunə olun.

Comments are closed.