“Ulu öndər və Hüquqi Dövlət Quruculuğu” mövzusunda konfrans keçirmişdir
Aprel ayının 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Heydər Əliyev İli” çərçivəsində Azərbaycan Respublikasının Prokurorluğunun göstərişinə müvafiq olaraq Mingəçevir şəhər prokurorluğu “Ulu öndər və Hüquqi Dövlət Quruculuğu” mövzusunda konfrans keçirmişdir. Konfrans öncəsi Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulmuşdur. Sonra iştirakçılar Heydər Əliyev Mərkəzində yaradılmış Ulu Öndərə həsr edilmiş sərgi ilə tanış olmuşlar. Konfransı giriş sözü ilə açan Mingəçevir şəhər prokuroru Qabil Səfərov iştirakçıları salamlayaraq qonaqları təqdim etmişdir. Konfrans iştirakçıları torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Mingəçevir şəhər prokuroru Qabil Səfərov geniş məruzə ilə çıxış edərək Azərbaycan Respublikası Prokurorluğunun keçdiyi şərəfli yoldan bəhs etmiş, Ulu öndər Heydər Əliyevin prokurorluq işçilərinə göstərdiyi diqqət və qayğıdan ətraflı söhbət açmışdır. Eyni zamanda HEYDƏR ƏLİYEV kimdir? mövzusunda geniş məruzə edib:
“Ümummilli lider Heydər Əliyev kimdir və biz bir vətəndaş olaraq nəyə görə onun siyasi kursuna sadiq olmalıyıq, onun xatirəsini həmişə uca tutmalıyıq və ona daima minnətdar qalmalıyıq?
Azərbaycan deyəndə hər bir vətəndaş, kimliyindən, vəzifəsindən, tutduğu mövqeydindən asılı olmayaraq Ümummillilider Heydər Əliyev deyir, çünki Azərbaycan və Heydər Əliyev bir-birinə sıx bağlıdır.
-Ulu öndər kimdir?
-Ulu öndər Azərbaycanın müstəqilliyinin banisi,
-Ulu öndər Azərbaycanı vətəndaş müharibəsindən, xaosdan azad edən, onu suveren, azad, sabit ölkəyə çevirən,
Azərbaycanın iqtisadiyyatını dirçəldən, iqtisadi gücü bərpa edən,
– Bünövrəsini qoyduğu siyasət nəticəsində Azərbaycanı dünya ölkələri arasında söz sahibinə çevirən,
– Azərbaycanın ali qanunu hesab olunan Konstitusiyasının müəllifi, – Müstəqil dövlətimizin milli ordusunu yaradan, onu dünya ölkələri arasında əsas sıralara qaldıran,
– Azərbaycan dilinin ilk dəfə, hələ SSR dövründə Konsititusiyada təsbit olunmasını təmin edən,
– ˝Əsrin müqaviləsi˝ni imzalamaqla dünya ölkələrini enerji baxımından Azərbaycandan asılı edən, ölkəyə investisiya cəlb edən,
– Azərbaycanda demokratik rejimi bərqarar etməklə, Konstitutsiyamızda hakimiyyət bölgüsü, insan və vətəndaş hüquq və azadlıqlarının öz əksini tapmasına, onların tətbiq olunmasına təminat verən,
– Azərbaycanda qanunun aliliyini, Qanunun eyni cür və dürüst tətbiq olunmasını təmin edən,
– Azərbaycanın dövlət quruculuğu, iqtisadi dirçəliş, ictimai-siyasi və sosial həyatında tərəqqi dövrünün yaradıcısı,
– Dövlətin bütün qrumlarında milliləşdirmə siyasətini böyük məharətlə icra edən,
– Azərbaycanı canından çox sevən, həyatını xalqı, dövləti üçün fəda edən,
– Azərbaycanın gələcəyi üçün özündən sonra dahi lider yetişdirən, Azərbaycanın gələcəyinə ümidlə baxan bir şəxsiyyətdir. Bir sözlə Ulu öndər vətən sevgisidir”.
Konfransda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş məruzə ilə çıxış edərək Heydər Əliyevin 30 ildən artıq bir dövrdəki hakimiyyəti illərində Azərbaycanın inkişafına və eləcə də prokurorluq işçilərinə göstərdiyi hərtərəfli qayğısından, həyata keçirdiyi əməli işlərdən bəhs etmişdir.
Konfransda Ağdaş rayon prokuroru Anar Əliyev, Milli Məclisin deputatı Məzahir Əfəndiyev, Göyçay şəhər prokuroru Ramin Hüseynov çıxış etdilər. Natiqlər ulu öndər Heydər Əliyevin dövlətimizin, xalqımızın inkişafı, tərəqqisi, həyat tərzinin yaxşılaşdırılması yolundakı xidmətlərindən danışaraq bu siyasətin bu gün də dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişlər.
Sonda ulu öndərə həsr edilmiş videoçarx nümayiş olunmuşdur.
Esmira Hidayətova, Mingəçevir.
Comments are closed.