Türksənsə mütləq oxu… Mayası pozuq biclər

Ömər Seyfəddinin «Piç» kitabından gözəl və maraqlı bir hekayəni paylaşmaq istəyirəm.

Ömər Seyfəddin hərbi yazardır. Qurtuluş Döyüşündə bir çox cəbhələrdə vuruşub. Fələstin Cəbhəsində rastlaşdığı bir hadisə barədə onun xatirəsini oxumağa dəyər…

«Almanların məğlubiyyəti ilə I Dünya müharibəsi başa çatdı, atəşkəs imzalandı. Biz Fələstindən geri çəkilirdik. Bir neçə zabit yoldaşlarımızla, qarşı tərəfin zabitləri ilə birlikdə geri çəkilməyi müzakirə etməyə getdik. Qarşı tərəfdən, bir fransız uniformalı kişi tez-tez üzümə baxır və gözlərini məndən ayırmırdı. Mən bir şey başa düşə bilmirdim. Fransız zabit oturduğu yerdən qalxıb mənə tərəf gəlib dedi:

— Necəsən, Ömər Seyfəddin?

— Məni hardan tanıyırsan? Mən kapitanam. Mən o qədər də yüksək rütbəli komandir deyiləm ki, tanınım, — deyə sual etdim.

Deyəndə ki, Ömər, İstanbul Hərbi Liseyində bir yerdə oxumuşuq, mən filankəsəm, heyrətlə baxdım, yadıma düşdü.

O, həmişə dini tənqid edən, Osmanlı imperiyasını ləkələyən, vətənə, bayraq sevgisi olmayan bir tələbə idi, amma onun fransız zabiti olması normal deyildi.

— Bəs siz necə oldunuz? — deyə soruşdum.

— Hər dəfə müharibə olanda, türklər qalib gəlsə, kədərlənirdim, türklər uduzsa və ya yaralansa, sevinc hissi keçirirdim. Çox vaxt özümü günahlandırırdım ki, niyə mən beləyəm? — deyirdim…Bir gün israrla anamdan bunun səbəbini soruşdum.

O: “Mən dözə bilmirəm, sənə söyləyəcəm”- dedi:

— İstanbul xəstəxanasında fransız bir həkim var idi. Xəstəxanaya gedəndə də,  yanında idim, sən də o fransız həkimin oğlusan. Atanın bundan xəbəri yox idi, indi də təkcə sən bilirsən.

Atam sandığım adam artıq ölmüşdü. Mən o xəstəxanaya getdim, o vaxt burada işləyən, indi Fransaya qayıdan bu adda həkimin ünvanı varmı? Deyə soruşduğum adamın ünvanını verdilər, getdim Fransaya, tapdım atamı, danışdım olanları, anamın sözlərini…

O, dedi:

— Mən sənin ananı çox sevirdim. O, məni oğlu kimi qəbul etdi və məni qeydiyyatdan keçirtdi, mən təhsilimi fransız məktəblərində başa vurdum və gördüyünüz kimi burada bir fransız zabitiyəm”- dedi.

İndi Türk millətini, bayrağını, vətənini, tənqid edənləri gördükcə, düşünürəm ki, görəsən onlar da bic doğulublarmı?

Ömər Seyfəddin

(1884-1920)

Real vaxt yeniləmələrini birbaşa cihazınızda əldə edin, indi abunə olun.

Bir cavab yazın

Your email address will not be published.