Türk xalqının bənzərsiz lideri
Prezident Ərdoğan kimi liderimiz olduğu üçün həqiqətən şanslıyıq.
Prezident Ərdoğan illərdir Türkiyəni daxildən didən terror yuvalarını ölkənin daxilindən xaricinə çıxara bilib. Ölkə ətrafında bufer zona yaradıb. Həyata keçirilən “Zeytun dalı”, “Fırat Qalxanı”, “Pəncə Kilit” əməliyyatları, Qərb dairələrinin narazılığına baxmayaraq Suriyada davam edən anti-terror əməliyyatları ciddi əhəmiyyət kəsb edir.
Türkiyədə çox önəmli iqtisadi layihələrə start verib. Yaxın gələcəkdə Türkiyə bu layihələrdən faydalanacaq. Sonra çox iri miqyaslı logistik infrastruktur layihələrini reallaşdıra bilib. Bu layihələr Türkiyəninin təbii coğrafi mövqeyini siyasi-coğrafi önəmə çevirir. Hava limanları, Avropa və Asiyanı birləşdirən tunel və körpülərin inşası mühüm yeniliklərdir.
Türkiyənin iqtisadi-siyasi və hərbi gücü regionun əsas aktorlarından birinə, güc mərkəzinə çevirib. Yaxın Şərqdə, Cənubi Qafqazda, Orta Asiyada, Qara dəniz və Aralıq dənizi hövzəsində Türkiyənin rəyi olmadan hər hansı bir siyasi gedişin reallaşması mümkün deyil.
Artıq Türkiyə dünyanın ən iri hərbi-sənaye kompleksinə malik bir dövlətidir. İnsansız PUA, təyyarələr, sualtı qayıqlar, zirehli texnika istehsalı sahəsində mühüm irəliləyişlər var.
Bütün bu sadalananlar nəticədə Türkiyənin qüdrətlənməsinə gətirib çıxarır.
Bir vaxtlar Azərbaycana iki helikopter verə bilməyən və yaxud da vermək səlahiyyəti olmayan Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycana həm mənəvi, həm diplomatik, həm də hərbi texnologiya baxımından dəstək oldu.
Bütün bu yeniliklər və uğurlar isə hörmətli Rəcəb Tayyib Ərdoğanın idarəçiliyi dönənimdə qazanıldı.
Bu gün Türkiyə nə Qərbdən təlimatlar alan, nə Şimaldan və Cənubdan ehtiyatlanan, nə də Şərqdə qərq olan bir dövlət deyil. Bu gün Türkiyə müstəqil siyasət yürüdən, öz siyasi kursunda davamlı olan və öz siyasi kursunu daim qorumaq qüdrətində olan bir dövlətdir.
Artıq Türkiyə bir zamanlar Mustafa Kamal Atatürkün arzuladığı özgür bir dövlət olaraq öz sözünü deyir. Hazırda yaşanan Ukrayna böhranı Türkiyənin regionda mühüm aktor olduğunu bir daha bariz şəkildə göstərdi. Xəyal belə etmək olmazdı ki, Rusiya-Ukrayna müharibəsi zamanı hər iki tərəf Türkiyənin vasitəçiliyini qəbul edəcək. Artıq Türkiyə dünyada etibarlı tərəfdaşdır və hamı ona hörmətlə yanaşır. Türkiyə bütün sınaqlardan üzüağ çıxıb.
Və bu uğurların memarı Rəcəb Tayyib Ərdoğandır.
Sözsüz ki, Türkiyə prezidentinin seçilməsi Türkiyə xalqının müstəsna səlahiyyətidir. Türkiyə elektoratının da qüdrətli Türkiyə üçün qüdrətli Türkiyə qurucusuna səs verəcəyi şübhəsizdir.
Türkiyə Cumhuriyyəti Başqanı Rəcəb Təyyub Ərdoğana Türk Dünyasına xidmətlərinə görə, Türk Dünyası Dayanışma və Yardımlaşma Dərnəyi Genel Başqanı Halit Kanak Azərbaycandan göndərilmiş “Zəfər Qılıncı” təqdim edilmişdir.
Comments are closed.