TDD və YT – 18 Mart Çanakkala Zəfəri ilə bağlı Müraciət yaydı
Türk Dünyası Dayanışma və Yardımlaşma Təşkilatı Azərbaycan Ölkə Başqanlığı 18 Mart – Çanakkala Zəfəri savaşının başlanmasının 108-ci ildönümü ilə əlaqədar Müraciət yayıb
“Kafkaznews.com” xəbər verir ki, müraciətdə deyilir:
“Dünya tarixinin mühüm dönüş nöqtəsi, beynəlxalq qüvvələr nisbətini tamamilə dəyişdirən, Türk Milləti tarixində Qurtuluş Şavaşı dastanı olan 18 Mart 1915-ci ildə başlanan ÇANAKKALA SAVAŞINDAN 108 il keçir.
Çanakkala savaşı tarixin ən qanlı müharibələrindən biri olmuşdur. Türk Ordusunun qələbəsi ilə nəticələnən bu şavaşı bizlərə bəxş edən qəhrəman əsgərlərimizi ehtiramla yad edirik. Çanakkala – Qurtuluş Savaşı dastanının ön sözünü təşkil edən Qazi Mustafa Kamal Atatürk, türk və dünya tarixinin qəhrəmanlıq və fədakarlıq mübarizəsinin adıdır.
Çanakkala döyüşü həm də gələcək Qurtuluş Savaşının şərəfli başlanğıcı oldu. Dəniz və quru qoşunları savaşını əhatə edən və bütün çətinliklərə baxmayaraq, türk hərb tarixinin şərəfli səhifələrindən birinə çevrilən Çanakkala döyüşü Atatürk kimi bir dahini yetişdirmiş, gələcək qurtuluş savaşında onun liderliyinə əsas zəmin olmuşdur.
Bu döyüşdə Osmanlı Türkiyəsi 253 min, Azərbaycan türkləri 3 minə yaxın şəhid verdi. Döyüşdə əsas canlı qüvvə və texnika ilə iştirak edən ingilislər 205 min, fransızlar isə 47 min itki verdilər. Ümumilikdə düşmən tərəf 300 minə yaxın canlı qüvvəsini itirdi və bundan əlavə onların çoxlu sayda hərbi-texniki qüvvələri məhv edildi.
Bir millətin gücünü ortaya çıxararaq nələr edə biləcəyini göstərən bu şərəfli döyüş, ingilis və fransız donanmalarının geri çəkilməyə məcbur edildiyi o tarixi gün, yəni, 18 mart – Çanakkala Şəhidlərini ANMA GÜNÜ olaraq elan edilmişdir. Müttəfiqlər üçün isə bu döyüş əsgəri bacarıqsızlıq və fəlakət simvolu olaraq sayılmışdır. Çanakkala savaşı məhv olma vəziyyətində olan bir ölkənin möhtəşəm qələbəsi kimi artıq hər bir türkün mübarizliyinin simvolu kimi əbədiləşmişdir.
Çanakkala zəfərini dərk etmək, keçmişdən dərs almaq, yaddaşımızda bilikləri təzələyərək və qəhrəmanlarımızı yad edərək qeyd edirik ki, beynəlxalq imperializm, işğalçı dövlətlər 30 il bundan əvvəl Azərbaycan Respublikasının Qarabağ bölgəsini işğal etmişdilər. Xalqımız işğalçının və onların himayədarlarının müqavimətinə baxmayaraq tarixi türk torpaqlarını işğaldan azad etdi.
Böyük Türk Millətimizə qarşı beynəxalq imperialist güclərin işğalçılıq niyyətləri davam edir. Bir çox tarixi türk torpaqları bu gün də işğal altındadır. Millətimizin və dünya məzlum xalqların nicatı Türk Birliyi Ordusunun yaranmasındadır.
Türk Dövlətləri Təşkilatına üzv ölkələrə və onların xalqlarına müraciət edərək siyasi-iqtisadi, mədəni əlaqələrin genişləndirilməsinə və TDT-nın ordusunun yaradılmasını sürətləndirməyə dəvət edirik”.
Comments are closed.