Tarixi Azərbaycan Türk torpaqları necə – İran oldu
İranın regional strategiyası Azərbaycan tarixi torpaqlarının erməni-faşist işğalından azad edilməsindən sonra çökdü, çünki Tehran son 30 ildə Ermənistana kömək edirdi. Yeni şərtlər İranı “narahat” edir və İranın öz “oyun qaydaları” ilə hərəkət etməsi çətin olacaq. İran rəsmiləri bölgədəki yeni şərtlərlə razılaşmayacaqlarını bildiriblər.
Azərbaycanın Vətən Müharibəsində faşist-işğalçı Ermənistanı ağır məğlubiyyətə uğratması eləcə də Beynəlxalq imperializmi, o cümlədən İranı məğlub etməsi deməkdir. “Tehran 2022” üç ölkənin liderlərinin (Türkiyə, Rusiya, İran) rəsmi görüşündə İranın Ali dini lideri öz əndişələrini dilə gətirərək, işğalçı Ermənistanı rəsmi müdafiə etdi və “Zəngəzur” dəhlizi məsələsinin əleyhinə olacaqlarını qeyd edib. Belə çıxır ki, hətta Ermənistan iqtidarı belə, bölgədə normallaşmaya çabalar göstərərkən, İran yeni regional tarazlığın formalaşmasını tanımaq istəmir. Görünür, İran Cənubi Qafqazda Ermənistandan daha çox itirdi.
Nemezis
Bəzi ideoloji sistemlərin dayanıqlı qalması üçün orada mütləq nemezisə ehtiyac var – yəni sual təkcə o deyil ki, “biz kimik”, həm də budur: “biz kimə qarşı mübarizə aparırıq”? İkinci sual birincini cavablandırır, biz mübarizəmizlə biz oluruq. Kimə qarşı mübarizə aparmağımız öz kimliyimizi də müəyyən edir. Əgər mübarizəmizin obyekti başqa olsaydı, biz də başqa olacaqdıq.
Məsələn, ermənilərdə belə nemezis Türkdür. Onları erməni edən məhz türklüyə qarşı mübarizələridir; ermənilər tutaq ki, rusa, ya farsa qarşı mübarizə aparsaydılar, indi tamam başqa bir xalq olacaqdılar.
İran üçün tarixi, qədim, ənənəvi Nemezis – Turandır. İran-Turan klassik mifoloji qarşıdurması türklərin formalaşmasına elə bir ciddi təsir göstərməyib, amma İran üçün həlledici əhəmiyyət daşıyıb (Bundan sonra yazıda “İran” deyəndə biz hazırkı İran dövlətini deyil, İran ideoloji modelini, İranın dövlətçilik obrazını nəzərdə tutacağıq).
İran özünü məhz Turanla mifoloji qarşıdurma zəminində dərk edib, tanıyıb. Onun bütün mifik qəhrəmanları bu qarşıdurmada formalaşıblar. Yeri gəlmişkən, İranla erməniləri doğmalaşdıran çox vacib amillərdən biri məhz budur: Onların hər ikisinin ictimai təhtəlşüurundakı nemezis eynidir – Türk. Ona görə, eyni dinə, hətta əksərən eyni məzhəbə qail olmağımıza baxmayaraq, ermənilər İrana bizdən xeyli yaxın və əzizdirlər: Axı ictimai təhtəlşüur dindən qat-qat güclü təsir qüvvəsinə malikdir!
İran-Turan xətti müəyyən mənada Yunan-Troya qarşıdurmasını da xatırladır. Yunanların əsas qəhrəmanları və milli şüurdakı süjetləri Troya müharibəsində püxtələşdiyi kimi, İran üçün eyni proses Turan savaşında gedib. Bu mənada, “Şahnamə”ni İranın “İliada”sı saymaq olar. Onun yaxın tarixi dövrdə yazılması sizi aldatmasın: “Şahnamə”nin yaşı 10 əsr olsa da, onun süjetləri ən azı 25-30 ərslik miflərin üzərində qurulublar. Yəni daha dərinə enib, bu istiqamətdəki mifləri xüsusi araşdırmağa ehtiyac qalmır – Firdovsi bunu artıq edib. Üstəlik, “Şahnamə” yazılanda İran məkan olaraq türk səltənətinin altında idi, buna görə də, İran təəssübkeşi Firdovsi bəlkə özü də fərqində olmadan, həmin mifləri ilkin olaraq bir dəfə dövrünün geosiyasətinə adaptasiya edib. İkinci dəfə isə bunu bir azərbaycanlı etmişdi.
Tarixi arayış
Bir zamanlar keçmiş Sovetlər Birliyi rəhbərliyinin belə fikri geniş yayılmışdı: “Biz əgər məhv olacağıqsa onda yalnızca məhv olmayacaq, çoxlarının ayağından tutub onları da özümüzlə bərabər dənizin dibinə aparacağıq”. Bunu bilən dünyanın ağıllı insanları öncədən elə tədbirlər tökdülər ki, sonucda bəşəriyyət sovet dəhşətindən, qanlı sovet terrorundan canını qurtara bildi. Rus şovinizminin balaca modeli olan, ondan qoca və daha iyrənc fars şovinizmindən qurtulmaq rus şovinizmindən qurtulmaqdan asandır, əgər Sovetlər Birliyinə qarşı oxşar tədbirlər bu gün İrana – fars şovinizminə qarşı həyata keçirilərsə. Fars şovinizmi öz adı ilə deyil, daha çox “irançılıq” adı altında pərdələnərək çıxış edir və bu siyasəti indi də davam etdirir. Buna görə də onu “fars-iran şovinizmi” adlandırmaq daha düzgündür. Bunların arasında kiçik fərqlər olsa da, mahiyyətcə eyni məsləyə xidmət edir. Bəzi “irançılar” iddia edirlər ki, guya irançılıq ideyasını (əgər buna ideya demək mümkündürsə) daşıyanlar fars şovinizminə qarşıdırlar, onlarla barışmazdırlar və s. Fars şovinizminin “irançılıq” pərdəsi altında gizlənən daha təhlükəli xidmətçiləri ya bilməyərəkdən, ya da bilərəkdən aldanırlar. Bilməyərəkdən aldanırsınızsa bəsirət gözlərinizi açın, bu siyasi korluqdan canınızı qurtarın. Bilərəkdən aldanırsınızsa onda siz bu alçaq təbiətli şovinizmə xidmət etməklə insanlığa xəyanət edən ən yaramaz cinayətkarlarsınız! Siz deyirsiniz ki, İran indiki “İran islam Cümhuriyyəti” adlanan ölkədir və burada yaşayan bizlərin vətənidir. Uzaq keçmiş olsaydı deyərdik ya xəbəriniz yoxdur, ya da yadınızdan çıxıb. Vur-tut 8 il bundan öncə Sovetlər Birliyində yaşayan rus şovinistləri və onlara xidmət edənlər də deyirdilər ki, bu ölkə başqadır, Rus imperiyası başqa. Sovetlər Birliyini qorumaq, saxlamaq başqadır, rus şovinizmini müdafiə etmək başqa. Biz rus şovinisti deyilik, sovet vətənsevərləriyik, olsa-olsa həm də Rusiyanı və rusları sevirik, burada nə qəbahət var? Bu adamlar Ukrayna, Azərbaycan, Gürcüstan, Qazaxıstan və s. ölkələrin Rusiya tərəfindən işğal edildiyi günləri “biz Rusiyanı sevirik, ona könüllü birləşmişik” deyə bayram edir, xalqları zor və qorxu altında çalıb-oynamağa məcbur edirdilər. Bilirsinizmi dünyada alçaqlığın, vəhşiliyin və mənəvi əxlaqsızlığın ən murdar bir şəkli nədir? Odur ki, aclıq, yalavaclıq, əzab, işgəncə və zülmə məruz qoyduğun insanlara və ya xalqa, millətə əmr edəsən, onları məcbur edəsən ki, dur çal, oxu, oyna və de ki, mən xoşbəxtəm, dur zalıma de ki, mənə zülm yox, səadət gətirmisən!! Min illərdir ki, dünya müsəlmanları “allah məzluma (zülm olunana) kömək, zalıma (zülm edənə) lənət eləsin. Zalımın cəzasını versin!” deyə dua edirlər. Altı yüz il bundan qabaq dahi ibn Xaldun (1332-1406) dünyada tanınmış “Müqəddimə” adlı əsərində yazmışdır: “indi haqsız olaraq vergi toplayan təhsil məmurları zalımdır, artıq vergi toplayanlar zalımdır, vergini yağma edənlər zalımdır, xalqa haqlarını verməyənlər, başqasının mal və mülklərini qəsb edənlər tamamilə zalımdır. Bütün bunlar hakimiyyətin maddəsi olan cəmiyyəti yıpradar, ən böyük zərəri də dövlət çəkər”.
Uzun sözün qısası, “İran” xəyalı bir qatışıq, gerçək anlayışa gəlməyən bir ifadədir. Belə aydın olur ki, Yaxın Doğuda tarixi-coğrafi anlayışlar olan Azərbaycan, Xorasan, Türküstan, Bəlucistan, Parsa, Əcəm İraqı, Dəyləm və başqaları zaman-zaman bir dövlətdə, daha doğrusu hansısa bir imperiyada birləşdirilərək “İran” adlandırılmışdır. Məsələnin əsl mahiyyətinə keçək. Adları yuxarıda çəkilən ölkələrin ən qədim və əsas əhalisi on min illərdir ki, Türklər olmuşdur. Parslar bu əraziyə 2800 il bundan öncə gəlmiş, 2550 il bundan qabaq, yeni eradan əvvəl 553-cü ildə Maday dövlətində hakimiyyəti ələ keçirmiş və fars sülaləsi Əhəməniləri şahlıq taxtına oturmuşdur (eradan öncə 553-330-cü illər). Beləliklə, Parsalı şahların tarixi farsların tarixinə çevrilmişdir. Elə bununla bağlı hamının bildiyi kimi farsların son şahı Məhəmmədrza Pəhləvi öz şahlığı dövründə göstəriş verdi ki, ölkədə işlədilən miladı (xristian) və hicri (müsəlman) təqvimlərindən əlavə yeni təqvim yaradılsın və bu təqvim əhəmənilərin birinci hökmdarı- şahənşahı II Kuruşun taxta çıxdığı ildən başlasın. Həmin təqvim yaradıldı və adını da “İran təqvimi” qoydular. Bəli, bu idi 2500 il sürüb gələn fars şovinizminin bir nəticəsi və mahiyyəti. Tarixi, ədəbiyyatı, elmin hansı sahələrini araşdırırsınız araşdırın, fars xalqının tarixi yoxdur, fars şahlarının tarixi vardır – mifləşdirilmiş, mifik tarix, mifik ədəbiyyat!
http://davam.az/61000-fars-ovinizminin-sirlri.html
1200 illik Balkanlarda, Anadoluda, Qafqazlarda, Mərkəzi Asiyada, Sibirdə dövlətlər yaratmış Türk xanədanlığının XX-ci əsrin əvvələrində sonuncu Osmanlı Türk dövlətinin zəifləməsindən istifadə Beynəlxalq İmperializm gələcəkdə qurula biləcək Turan dövlətinin qarşısını almaq üçün Qafqazlarda tarixi Şimali Azərbaycan torpaqlarında Ermənistan adlı dövlət yaratdılar. Antanta dövlətləri gələcəyə hesablanmış Türk Birliyinin cənub cinahını da parçalamaq üçün öz məkirli planlarını həyata keçirərək, Arazdan cənubda imperialistlər Qacar Türk dövlətini devirib Pəhləviləri (pers) hakimiyyətə gətirdilər.
Ərəb ordusunun Sasanilər üzərinə yürüş etdiyi zaman İran adlı inzibatı-ərazi bölgü vahidi olmamışdır və ümumiyyətlə “İran” anlayışını Avropalılar Türk kimliyinin izini itirmək üçün istifadə edilmişdir.
Tarixi Azərbaycan torpaqlarında mövcud olmuş TÜRK imperatorluqları
QƏZNƏVİLƏR – 963-1186-cı illərdə, Mavəraünnəhr, Əfqanıstan, Şimali Hindistan və Xorasanda hökm sürmüş Türk məmlük xanədanlığı.
SƏLCUQİLƏR – 1038 -1157-ci illərdə, Oguz Türklərinin Qınıq boyundan olan tayfaların XI əsrdə yaratdığı, Orta Asiya, İran, Yaxın Şərq, Qafqaz və Anadolu ərazilərini əhatə edən nəhəng TÜRK dövləti.
QARAQOYUNLU – 1375–1468-cu illərdə, Azərbaycan, Ermənistan, Şərqi Anadolu və Şimali İraq ərazilərini idarə etmiş oguz tayfalarından ibarət tarixi tayfa ittifaqı.
AĞQOYUNLU – BAYANDURLU 1378-1508-ci illərdə, Şərqi Anadolunu, Azərbaycanı və İranı idarə etmiş türk oguz boylarından ibarət Bayandur tayfasının rəhbərliyi altındakı tarixi dövlət.
SƏFƏVİ – 1501-1736-cı illərdə, Azərbaycan, İran, Ermənistan, İraq, Əfqanıstan, Qərbi Pakistan, Türkmənistan, Şərqi Türkiyə, Şimal-Şərqi Hisdistan, Özbəkistan və Rusiya ərazilərini əhatə etmiş, tarixi Azərbaycanın varis olduğu dövlət.
ƏFŞAR – (1736-1796)-cı illərdə, Azərbaycan,İran, İraq, Əfqanıstan,Özbəkistan, Hindistan, Rusiya ərazilərində qurulmuş tarixi Azərbaycan dövləti.
QACARLAR TÜRK dövləti – 1796–1925-ci illərdə, Azərbaycan, Rusiya, Əfqanıstan, İrak ərazilərində qurulmuş tarixi Azərbaycan Türk dövləti.
Qeyd; İran adlı coğrafiyada 7-ci əsrdə İslam xilafəti, Sasani dövlətini məğlub etdikdən sonra, təxminən 1200 ilə yaxın müddət ərzində (VII-ci əsrdən, XX əsrin əvvəllərinə qədər, 1925-ci ilə qədər – red.) heç vaxt Farsların dövləti olmayıb. Türklərin bu coğrafiyada dövlətçilik və kültür tarixinin yaşı 7 min ildir. Farsların burada cəmi 3 dövləti (Əhəməni, Sasani, Pəhləvi) olmuşdur ki, onun da tarixi təxminən 1500 ildən az edir.
İran tarixən üç: Azərbaycan, Xorasan və Fars vilayətlərindən ibarət olmuşdur
Azərbaycan, Xorasan və Fars əyalətinə Ərəb yürüşləri. 642-651-ci illər arasında III-cü xəlifə Ömər ibn Xəttabın rəhbərliyi altında ərəb qoşunları yürüş etdilər. O zaman ərazidə mövcud olan Sasani qoşunları ilə ərəblərin bir neçə toqquşmaları oldu.
Ərəb tarixçisi Ubeyd Əl-Tican İslam ordusunun Sasaniləri məğlub etməsini belə təsvir edirdi: “Ömər (Həzrəti Ömər radiyallahu, III Xəlifə – red.) Nəhavenddəki məğlubiyyətdən dərhal sonra psixoloji üstünlüyə malik olmaq üçün farslara zərbə endirmək qərarına gəlir. Ömər üç vilayətdən hansının ilk olaraq fəth ediləcəyinə qərarını verməli idi: şimalda Azərbaycanı, cənubda farsistanı və onun mərkəzi İsfahanı, və ya da şərqdə Xorasanı.
Ömər (r.a.) İsfahanı, farsistanı seçdi, çünki Fars İmperatorluğunun ürəyi və Sasani qarnizonları arasında bir təchizat və ünsiyyət kanalı olduğu üçün onun ələ keçirilməsi ilə Fars Yezdəgərdi bölgəsini Azərbaycan və Xorasandan təcrid edəcəkdi. Fars və İsfahan ələ keçirildikdən sonra Azərbaycanın şimal -qərb əyalətinə və Fars İmperiyasının ən şərq əyaləti olan Sistana qarşı koordinasiyalı hücumlar başlanmalı idi. Bu əyalətlərin fəthi Xorasanı təcrid olunmuş və zəif vəziyyətə salacaqdı”.
Qeyd: Ərəb tarixçisi Ubeyd Əl-Ticanın qeyd etdiyi kimi İran adlanan coğrafiyada əsasən, 3 böyük vilayət Azərbaycan, Xorasan və Farsistan mövcud olmuşdur.
Ərəblərin sonuncu fars dövlətinin (642—651) mövcudluğuna son qoyulduğu 1275 il sonra İran adlı tarixi Türk torpaqlarında katolik Qərb və pravoslav Rusiyanın dəstəyi ilə Pəhləvilər hakimiyyətə (1926-cı il – red.) gəldilər.
Azərbaycan Milli Elmlər Akademiyasının elmi işçisi Yasəmən Qaraqoyunlu: “Fars tarixi Batıda formalaşmış Hind Avropa konsepsiyası nəticəsində, həmçinin 7-10 əsrlərdə geniş fəaliyyət göstərən Şüubiyyə təşkilatları vasitəsilə yalan və şişirtmələrlə doldurulmuşdur. Nasir Purpirar bu yalanları ifşa edir və yazır ki, e.ə VII əsrdən bizim eranın VII əsrinə qədər olan dövr orta doğu tarixinin qaranlıq dövtüdür. Çünki, farslar Midiyada dövlət çevrilişi ilə hakimiyyəti ələ aldıqdan sonra, bütün əski Orta doğu mədəniyyətlərini çöktürmüş, dağıtmış, yox etmişlər. Farslar mədəniyyət qurucu yox, mədəniyyətdağıdıcı xalqdır. Midiyada, Parfiyada, Qacar dövlətində saray çevrilişləri edərək hakimiyyəti ələ almışlar və dərhal özlərindən əvvəlki mədəniyyətləri darmadağın etməyə başlamışlar ki, dövlətə, coğrafiyaya, mədəniyyətə, tarixə fars damğası vura bilsinlər. Farsların necə irqçi və yıxıcı millət olması, mədəniyyətləri necə yox etməsini Əli Şəriəti “Özə Dönüş”, Nasir Purpirar “12 əsr sükut” əsərlərində aydın təsvir etmişlər. Əli Şəriəti özə dönüş əsərində yazır ki, biz 500 illik türk Sak Parfiya dövlətinin sarayında çevriliş edib yerində Sasanlı dövlətini qurarkən, Sasanlı dövlətinin köklərini daha əski tarixə, söykəmək və dövlətə tarixi məşruluq qazandırmaq zərurəti hiss etdik və bu məqsədlə 500 illik Parfiya mədəniyyətini elə dağıtdıq ki, böyük Firdovsi belə öz Şahnaməsində Parfiya mədəniyyəti haqqında yazmağa bir əsas, dəlil tapa bilmədi və 500 illik bir imperiyadan cəmi 4, 5 beyt yazmağa məcbur oldu. Əli Şəriəti yazır ki, Sasanlı dövlətinin köklərini Əhəmənilərə, Pəhləvi dövlətinin köklərini Sasanlılara bağlamaq üçün biz farslar, bölgədə min illərlə yaşı olan yerli mədəniyyətləri məhv etmişik və bu yolla tariximizdəki zaman qırılmalarını bağlamışıq, bərpa etmişik.
Fars mədəniyyəti türk, ərəb, islam qarşıtı olan bir mədəniyyətdir. Orta doğuda farslar bütün tarixləri dövründə həm türk, həm ərəb egemenliyinə qarşı savaşmışlar. Sasanlının devrilməsindən sonra 200 il Ərəblərlə savaşmış, İslamı bölmüşlər. Əli Şıriəti yazır. Biz Sasanlının çöküşündən sonra 200 il Ərəb Xilafəti ulə savaşdıq, hərbi siyasi mübarizədə qalib gələ bilmədikdə isə, Şüubiyyə və İxvanüssəfa təşkilatları quraraq İslamı ərəbin əlindən almaq qərarı verdik və Salman Farsinin əməkləri ilə Şiəni bir fars hərəkatına çevirdik. Biz Hz.Hüseyn ilə Yəzdigərdin qızı Şəhrəbanunun oğlu Zeynalabdinin iştirakı ilə bir Fars islam şəcərəsi və imamət institutu təsis etdik. Biz İslam içində Ərəbi böldük, İslamı ərəbin əlindən aldıq. Əli Şəriəti yazır. Şiə-Aryan ruhu ilə Sami ruhunun əl tutuşması.
Turan coğrafiyasında Türk Qacarları devirib yerinə Farsları gətirib yeni bir İran inşa edən İngilislərin əsas məqsədi orta doğuda Qacarları və Çindən Hindistanın çimalına qədər geniş bir ərazidə qurulmuş Türk Baburları devrmək, Hindistanı və İranı ələ keçirmək idi və Farslar bu rolu ustalıqla oynamışlar, orta doğuda İngiltərə, Amerika egemenliyini təmin edən oyuncaq vassal rolunu üstlənmişlər. Farslar da ermənilər kimi Hind -Avropa irqçiliyinin təmsilçisi, həmçinin bölgəmizdə Avropa və Rus imperializminin davamı və uzantısıdır” qeyd edir.
700 ildən artıq davam edən Türk Azərbaycan monarxiyalarının sonuncu Türk hökmdarı Əhməd Şah Qacar 1925-ci ildə, dövlətə basqılarını artıran İngiltərə və Rusiya imperializmi hücumlarını dayandırmaq iqtidarında olmadığındanı, ingilislər və ruslar Pəhləvi – Məhəmməd Rzanı, fars kazak briqadasının keçmiş briqada generalını hakimiyyətə gətirdilər.
Rza Pəhləvi dövlətin necə adlandıracağı məsələsində çox zorluq yaşayırdı. Çünki 1275 il ərzində yaradılmış dövlətlər, Türk hökmdarlarının sülalə adı ilə adlandırılmışdı.
Çevriliş yolu ilə zəbt etdiyi dövləti Farsistan adlandırarsa, o zaman ya İsfahanı, ya da Şiraz mərkəz seçməli, ya da Farsistana rədd olub getməli idi. Təbii ki, dövlət adı olaraq Azərbaycan və türklərin yaşadığı Xorasanı seçərdisə bu onun sonu olardı.
Ağaları olan imperialistlərin tapşırığı ilə Türk kimliyini unutdurmaq üçün 1935-ci ildə Pəhləvi Rza Millətlər Cəmiyyətinə “Pers (Fars)” termini yerinə “İran” (Eran) sözünün istifadə edilməsi xahişi ilə müraciət etdi.
Farslar (perslər) Turan (İran) diyarında çoxluqda olan türklər içində assimilyasiyaya uğramamaq və teokratik molla rejimini qorumaq üçün, İslam faktorundan riyakarcasına istifadə edərək faşist-işğalçı Ermənistanı müdafiə edir.
Ermənilərlə farslar eyni Hind -Avropa urqinin təmsilçiləridir, qohumdurlar (əmioğludurlar – red.) və ən əsası eyni anti-insani, anti-dini cərəyanı təmsil edirlər. ABŞ, Qərb, Vatikan farslara və ermənilərə Türk coğrafiyasını, mədəniyyətini, dilini, millətini bölmək, parçalamaq, soyqırıma və assimilyasiyaya uğratmaq görəvi vermişdir.
Azərbaycan media məkanında “İran şəbəkəsi”
Qəribə görünən məqamlardan biri budur ki, Azərbaycan mediası 30 il müddətində bu faktlara loyal yanaşıb. Ölkə içində təxribat sistemi qurmuş, şəbəkə formalaşdırmış, “yardım kampaniyaları” adı altında maxinasiyalar törətmiş İran təşkilatları barədə ciddi araşdırmalar aparılmayıb, neqativ informasiyalar verilməyib.
İnternet axtarış sistemlərinə müraciət edəndə görünür ki, Azərbaycan mediasında “İmam Xomeyni İmdad Komitəsi” və onun daxil olduğu şəbəkənin fəaliyyətindəki müəmmaları təsvir edən məqalələr yox səviyyəsindədir. İnformasiyalar əksərən pozitiv yüklüdür, Komitənin təbliğatına köklənib.
İndiyədək belə təəssürat olub ki, İran Azərbaycan informasiya məkanına öz ərazisində yaratdığı KİV qurumları vasitəsilə, azərbaycandilli kontent yaymaqla daxil olub. Diqqət Qumdan idarə olunan “Nur-az”, “Arannews” xəbər portalları, “Səhər” televiziyası, sosial şəbəkələrdə “Hüseynçilər” şəbəkəsi, “Huseyniyyun” qrupları üzərində fokuslaşdırılıb, daxildəki mühit yaddan çıxarılıb.
Daxili media məkanında İranın yalançı, təxribatçı təbliğatı üçün yaranmış münbit şərait diqqətdən kənar qalıb. Hansı ki, ölkə içində İran Mədəniyyət Mərkəzinin təsirinə düşən, mədəniyyət tədbirləri adı altında İranın təxribatçı proqramlarını təbliğ edən çoxsaylı KİV-lərin mövcudluğundluğu barədə xəbərlər dolaşır.
Jurnalist Elbəyi Həsənli oktyabrın 4-də özünün FB hesabından status paylaşaraq, jurnalist həmkarı İlqar Əlfini İranın nəfinə təbliğat aparmaqda qınayıb. Qeyd edib ki, İlqar Əlfinin simasında Azərbaycanın media məkanında İranın nəfinə çalışan media şəbəkəsi var. Təbii ki, İlqar Əlfinin də bərait üçün öz əsasları var. Amma bu açıqlama yeni situasiya yaradır, diqqəti Azərbaycan içində olan ciddi bir problemə yönəldir.
İran hakimiyyətinin təbliğat ruporlarından olan “Kavosh media” isə özünün youtube üzərindən yayımlanan səhifəsində DEVAMM-in (Vicdan və Din Azadlığının Qorunması Mərkəzi) sədri, İçərişəhərdəki “Cümə” məscidinin imamı, “Deyerler (Azərbaycan İslam Xəbərləri)” xəbər portalının baş redaktoru İlqar İbrahimoğlu ilə müsahibə yer tutub.
Müsahibənin əvvəli və sonu təqdim edilməyib. Amma “Kavosh media”da təqdim edilən hissədən belə görünür ki, İlqar İbrahimoğlu Seyid Əli Xomeneyiə biət edir, onun Azərbaycana qarşı hədələrinə haqq qazandırır. Yeri gəlmişkən qeyd edək ki, nümunə üçün göstərilən “Kavosh media” sosial şəbəkələr üzərindən yayımlanan çoxsaylı internet tv-lərdən biridir.
Son həftələr bu internet tv-lərin əsas gündəmini Azərbaycan mediasında yerli siyasilərin, ekspertlər və jurnalistlərin dilindən səslənən, İrana haqq qazandırılması kimi görünən mesajların tirajlanması təşkil edir.
Bu KİV-lər AXCP sədri Əli Kərimlinin, iqtisadçı Qubad İbadoğlunun, politoloq Nəzakət Məmmədovanın və digərlərinin bənzər çıxışlarından sitatlar verirlər.
Belə sitatların sayı çoxdur və qəribədir ki, sıralarında ölkəmizin peşəkar KİV-lərinə istinadla yayılanları da var. İranın ölkəmizin peşəkar KİV-lərində belə boşluqlar tapması, tanınmış jurnalistlərin, ekspertlərin, ictimaiyyət nümayəndələrinin bu işə cəlb edilməsi kifayət qədər düşündürücü məsələdir və bununla bağlı ciddi tədbirlər görülməlidir. Hər halda diqqətli davranmağa ehtiyac olduğu açıq-aydın görünür. Amma digər mühüm bir məsələ bu şəbəkənin formalaşdırılması mexanizminin və onun fəaliyyətinin müəyyən edilməsidir.
Hər fürsətdə Azərbaycana qarşı təxribatlar törədən Tehran rejimi və onun agentura şəbəkəsi son aylarda daha da fəallaşıb. Fars rejimi əsasən Azərbaycanda savadsız, cahil və avam təbəqənin siyasi naşılığından istifadə edərək dövlətçilik dayaqlarını zəiflətmək və bununlada işğalçı-faşist ermənilərə vaxt qazandırmağa çalışırlar.
Fars şovinizmi erməni-rus şovinizmindən daha təhlükəlidir. Çünki, onlar içimizdədir və bizlərdən biri kimi görünür. Odur ki,
Xalqımız bu hiyləgər, məkirli və düşmən rejimə qarşı uzun vədəli və ciddi bir mübarizənin zəruri olduğunu anlamalı, ideoloji baxımından mübarizəyə hazır olmalı və aşağıdakı tədbirlərin görülməsini zəruri hesab edirik:
1.İranda təhsil alanların siyahısı müəyyən edilsin.
2.İranda təhsil alanların diplomları tanınmamalıdır.
3.İranda təhsil alaraq Azərbaycanda dini idarələrində çalışanların diplomları ümumi qayda üzrə nostrifikasiya edilməlidir.
4.İranda yaşayaraq, ərazi bütövlüyümüzü tanimayan, hakimiyyət üsul-idarəsini dəyişməyə çağırış edən, fars-erməni şovinist ideologiyasına xidmət edən milli satqın cinayətkarların Azərbaycana verilməsi tələb edilməlidir.
5.Sosial şəbəkələr vasitəsi ilə (FB, Tik-tok və sairə) mürtəce İran molla rejimini təbliğ, ərazi bütövlüyümüzü təhdid, milli-mənəvi dəyərlərimizə zidd olan din təbliğ edənlər xüsusi xidmət orqanlarımız tərəfindən aşkarlanaraq zərərsizləşdirilməlidir.
6.Tehran rejiminin birbaşa Azərbaycanda rəhbər təmsilçisi olan Allahşükür Paşazədənin dini fəaliyyəti, biznesi araşdırılmalı və onun nəzarətində olan dini məktəblər təcili bağlanmalıdır.
7.Şəhər və rayonlarda, qəsəbə və kəndlərdə fəaliyyət göstərən dini icmalarda monitorinq aparılaraq, attestasiya keçirilsin. Dini icmalara işə qəbul Dövlət İmtahan Mərkəzi tərəfindən aparılsın.
8.Fars molla rejiminə qulluq edən QHT və siyasi partiyalar aşkar edilərək qeydiyyatları ləğv edilsin.
9.Dilimizə yad olan fars sözləri, Türkləşdirilərək Azərbaycan Dilinin Orfoqrafiya lüğətinə salınsın
İRAN – ELƏ AZƏRBAYCAN DEMƏKDİR.
İRAN –TÜRKLƏRİN HAQQIDIR
Vahidov Qurban – İRƏVAN TÜRK CUMHURİYYƏTİ MİLLƏT ŞURASI və STRATEJİ ARAŞDIRMALAR KOMİSSİYASININ üzvü. Araşdırmaçı-analitik