Son zamanlar ineksiyadan (iynə) şoka düşmə hallaı artıb

Son zamanlar sanki hər kəs həkim olub. İnternetdən oxuduqlarını yaxınlarına, özlərinə tətbiq edirlər. Dəfələrlə şahidi olmuşuq ki, xəstəni bu kimi hallarda xilas edə bilmirlər. Yeri gəldi-gəlmədi antibiotikdən və ya digər xəstəyə venadaxili maye köçürülməsi (sistem) zamanı xəstə şok vəziyyətinə düşür. Bu yaxınlarda Mingəçevir sakini Məmmədov Vüsal Nemət oğlu evdə sistem qoşdurub,sistemdən sonar bu şəxsə ineksiya edən belə demək mümkünsə “ tibb bacısı” antibiotiki birbaşa xəstənin damarına vurub. Halı pisləşən, hətta ölüm ayağında olan şəhər sakini Mingəçevir şəhər acil şöbəsinə çatdırılıb və həyatı xilas olunub.Bu kimi halların baş veməməsi üçün şəhər xəstəxanasında iynə otaqları fəaliyyət göstərir.
Mingəçevir polliklinikasının təcrübəli tibb bacısı Elnarə Mikayılova deyir ki,son zamanlar evdə iynədən şok vəziyyətinə düşən xəstələrin sayı çoxalıb:” Tibbdə şok adı altında – orqanizmdəki orqan və toxumalarda qan dövranının kəskin şəkildə pozulması prosesi anlaşılır.
Müvafiq tibbi tədbirlərin görülməsi ilə şokun inkişaf etməsinin qarşısı alınmazsa, xəstə 5-30 dəqiqə ərzində boğulmadan və ya 24-48 və daha artıq saat ərzində müxtəlif orqanlarda baş verən ağır geriyədönməz dəyişikliklər nəticəsində həlak ola bilər.Ona görə də bu səbəblərin baş verməməsi üçün evdə öz başına ineksiya etdirmək təhlükəlidir.Bu yaxınlarda da Mingəçevirdə ananın vurduğu iynədən iki yaşlı uşaq şoka düşüb ölüb.Xəstəxananın iynə otaqları var yaxş olar ki,xəstələr evdə yox,xəstəxanada ineksiya olunsunlar. Bəzən bir qrup digər dərmanlarda şoka düşmə halları çox olur. Bu zaman isə xəstəyə düzgün yanaşılmadığı üçün onu itirirlər. Yaxşı olar ki, antibiotik və venadixili maye amblator şəraitdə, həkim nəzarətində vurulsun. Vaxtında yardım edilərsə, xəstə ölməz”.
Həkimlər dəfələrlə xəbərdadlıq edir ki,qəti şəkildə antibiotikləri xəstənin yaxınları, həkim olmayan şəxslər vurmalı deyillər. Bu, xəstənin ölümünə səbəb olar bilər. Necə ki, onlar bunun dəfələrlə şahidi olublar.

 

Esmira Hidayətova, Mingəçevir.

Real vaxt yeniləmələrini birbaşa cihazınızda əldə edin, indi abunə olun.

Comments are closed.