Sığortanın əhəmiyyəti

ASA-nın ekspert qrupunun üzvü Fariz Hacızadə

Sığorta şəxslərin əmlakı həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunvericiliklə qadağan  olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir. Həmçinin sığorta bir ölkənin maliyyə sistemini təşkil edən zəncirin əsas halqalarındandır. Cəmiyyətin əsas inkişaf kateqoriyalarından biri də sığorta anlayışının təkamülü prosesi sayılır.

Sığorta, tarixi kateqoriyadır və ümumi istehsalın ilk zamanlarında yaranaraq, istehsalçıları hər hansı risklərdən: ümumi istehsal, təbiət hadisələri, həyat itkisi kimi qoruyan  mexanizmə çevrilmişdir. Təsadüfi yaranmasına baxmayaraq, bir müddət sonra əhatə dairəsini genişləndirərək istehsal prosesinin iştirakçıları arasında  obyektiv lazımlı bir vasitəyə çevrildi.

Bəzən sığortanın  həyatımızdakı rolunun o qədərdə  vacib  olmadığını baş  vərən xoşagəlməz  hadisələrin  ancaq  başqalarına  aid  olduğunu, öz qarşımıza çıxmayacağınızı  ümid edirik. Lakin demək olar ki, gündəlik həyatımızda müxtəlif təhlükələr haqqında məlumatlar əldə edib, zaman-zaman özümüz də müəyyən risklərlə qarşılaşırıq. Bu hallar istər yol qəzaları və bu qəzalarda xəsarət alan insanlardan, təyyarə qəzaları, yanan binalar, oğurlanan əşyalar , ağır xəsarətlərə  yol  açan iş qəzaları və daha bir çox xoşagəlməz  hadisələrdəndən bəhs edir.
Təbiiki, bu kimi xoşagəlməz hadisələrin arxasında əhəmiyyətli dərəcədə sığorta mövzuları haqqında ipucları var.

Real vaxt yeniləmələrini birbaşa cihazınızda əldə edin, indi abunə olun.

Comments are closed.