Rumıniyalı senator Diana Şoşoake: Türkiyədə ilk dəfə geoloji silahdan istifadə edilib
Rumıniyalı senator Diana Şoşoake ölkəsinin parlamentində qalmaqallı açıqlama verib. Qanunvericinin sözlərinə görə, Türkiyədə zəlzələ qəsdən törədilib.
Şoşoake: “Artıq üç ildir ki, biz bütün dünyada qırğınlar kampaniyası yaşayırıq. Bu, ya uydurma pandemiyalar, ya da insanları öldürən sınaqdan keçirilməmiş vaksinlər vasitəsilə edilir. Və yaxud əhalinin sayını azaldan müharibələr vasitəsilə baş verir. Güc mərkəzlərinin yenidən qurulması, sərhədlərin dəyişdirilməsinin və o səviyyəyə gəlib çatdıq ki, sifarişlə hazırlanmış zəlzələnin şahidi olduq”- dedi.
Şoşoake hesab edir ki, Türkiyədə baş verən fəlakətli zəlzələ Prezident Rəcəb Tayyib Ərdoğanın siyasətini bəyənməyən dünyanın böyük güclərinin Türkiyəyə hücumun nəticəsidir.
Senator: “NATO-da ikinci ən böyük hərbi gücə malik Türkiyənin Ukrayna-Rusiya müharibəsində neytrallıq və vasitəçilik mövqeyi beynəlxalq güclərdə dərin narahatlıq doğurur. Onun İsveçin NATO-ya qəbulunu əngəlləmək mövqeyi, Davosdakı çıxışı… dünya liderlərinin sərt və soyuq dünyasında cavabsız qalmadı. Amma heç kimin ağlına gəlməzdi ki, insanlar öləcək, çox adam faciəli şəkildə həlak olacaq, bu bir alçaqlıqdır və bu, yalnız xəbərdarlıqdır. Çünki Türkiyənin ən sıx məskunlaşdığı bölgə deyildi” – bildirib.
Dağıdıcı zəlzələnin 150 zərbəsinin süni şəkildə meydana gəldiyini söyləyən Şoşoake, geoloji silahın çox uzun müddətdir mövcud olduğunu və bu günə qədər çox sayda itki olmadan, ehtimal ki, təcrübələr üçün istifadə edildiyini söylədi. İndi bu, praktiki olaraq həyata keçirilib: “Türkiyənin boru kəmərlərinin xəritəsinə diqqətlə baxsaq görərik ki, qaz və neft kəmərləri ilə doludur, məqsədlərdən biri də onların dağıdılmasıdır. Amma zəlzələ deyilən hadisədən on saniyə əvvəl türklər boru kəmərlərini bağladılar”.
Millət vəkili: “Zəlzələdən 24 saat əvvəl on ölkə Türkiyədən səfirlərini geri çağırıb. Beş gün ərzində Rumıniya Xarici İşlər Nazirliyi heç bir təhlükə olmasa da, Rumıniya vətəndaşlarının Türkiyəyə səfərləri ilə bağlı xəbərdarlıq edib” – qeyd edib.
Şoşoake onu da bildirib ki, telekanalların göstərdiyi xəritələrə əsasən, zəlzələnin episentri yox, minlərlə təkan olan epilin xətt var. Türkiyə kəşfiyyat orqanları mümkün “cinayətkar müdaxiləni” – yəni ilk zəlzələnin baş verməsi və tektonik plitələrin sabitliyinin pozulması və bundan sonra zəncirvari reaksiya başlanmasında başqa dövlətin iştirakını araşdırır.
Senatora aydındır ki, prezident Ərdoğan cəsarətinə, ləyaqətinə və namusuna, Rusiyaya yaxınlığına, tərəfsiz mövqeyinə və sülh naminə vasitəçilik etdiyinə görə cəzalandırılıb. “Üstəlik, insanların diqqətini Ukraynadan yayındırmaq arzuolunan idi, çünki artıq ölkələr xalqını qurban verən, ölkəsini məhv edən və kiminsə silah göndərməyə və müharibədə iştirak etməyə borclu olduğuna inanan Zelenskinin despotizminə qarşı açıq şəkildə üsyan etməyə başladılar.
Şoşoake hesab edir ki, indi sülhdən danışanlar hər tərəfdən hücuma məruz qalırlar. Rumıniyada “Rumıniya üçün neytrallıq. Buxarestdən sülh” tələb edənlər bunun şahidi oldular. Deputat bildirib ki, Rumıniya rəhbərliyində “səriştəsiz, plagiat, oğru, quldur, qorxaq, satqınlar” var: “Bu şəxslər Rumıniyanı neytral, suveren dövlətdən aqressiv, hücum edən dövlətə çevirdilər. Bundan istifadə edən bəzi böyük dövlətlər başqalarının xeyrinə rumınları top yeminə çevirərək imperialist hərəkətlərini davam etdirə bilərlər”.
Comments are closed.