Qlobal Güclər Türkiyəni Qarışdırmaq İstəyirlər

Yalnız ilk baxışdan məqalə fantastik görünə bilər. Yada salmaq kifayətdir ki, bu yaxınlarda aparılan jurnalist araşdırması Norveçin köməyi ilə “Şimal axını 1” və “Şimal axını 2” qaz kəmərlərində baş verən partlayışlarda ABŞ və Co Baydenin şəxsən iştirakını sübut etdi. Ortada ABŞ-ın “demokratiya”nı inkişaf etdirmək bəhanəsi ilə başlatdığı və həyata keçirdiyi qlobal terror var.

Yanvarın sonunda ABŞ-ın Türkiyədəki konsulluqlarının bağlanması, zəlzələnin baş verməsi və bir gün əvvəl ABŞ hərbi gəmisinin gəlişi sadəcə təsadüf ola bilməz.

Bu il yanvarın 27-də ABŞ-ın Türkiyədəki səfirliyinin təhlükəsizlik xəbərdarlığından sonra Avropanın aparıcı dövlətləri də oxşar bəyanatlarla çıxış edərək İstanbulda, ilk növbədə Taksim bölgəsindəki konsulluqlarını müvəqqəti bağlamaq qərarına gəldilər.

Türkiyədə bəzi diplomatik və konsulluq idarələrini müvəqqəti bağlayan ABŞ, Hollandiya, İsveçrə, İsveç, Böyük Britaniya, Almaniya, Belçika, Fransa və İtaliyanın səfir və nümayəndələri Türkiyə Xarici İşlər Nazirliyinə çağırıldılar. Onlara aidiyyəti ölkələrin “Bu cür yanaşmalar yalnız terror təşkilatlarının hiyləgər planlarına xidmət edir” siqnalı verildi.

Xarici konsulluqların bağlanması ilə bağlı tənqidi açıqlamalar Türkiyənin daxili işlər naziri Süleyman Soyludan gəldi və bu, Ankaraya qarşı “beynəlxalq əməliyyat” kimi qiymətləndirildi.

Türkiyədə baş verən sarsıntılar müxtəlif xarici və daxili siyasi qüvvələrin əlində yeni alətə çevrilir.

Yaranmış vəziyyətdən öz məqsədləri üçün istifadə edib ölkəni daxildən silkələməyə çalışırlar. Fevralın 7-də səhər tezdən bütün ölkə vətəndaşları ilə birlikdə cənub-şərqdə baş verən şiddətli zəlzələnin nəticələrini yaşayan İstanbul sakinləri Boğaziçinin girişində Dolmabahçe Sarayı yaxınlığında Amerikanın “Nitze” esmines gəmisini görəndə təəccübləndilər.

Türkiyənin “Aydınlık” nəşri müdafiə və təhlükəsizlik sahəsində ekspertlərin rəyinə istinadən bildirir ki, Ankara amerikalılardan “mobil xəstəxanalara malik nəqliyyat təyyarələri” gözlədiyi bir vaxtda Vaşinqton “Türkiyəyə təhdid siqnalı göndərir”- qeyd etdi.

Böyük Amerika və kiçik Türk bayrağı

Ümumi qəbul edilmiş dəniz qaydalarına zidd olaraq, “Nitze” bayraq dirəyində ölçüsü Türkiyə bayrağından bir neçə dəfə böyük olan Amerika bayrağı göründü və bu fonda ABŞ-ın Türkiyədəki səfiri Ceff Flake şəkil çəkdirdi.

Sosial mediadakı yazılar balaca Türk bayrağı və nəhəng Amerika bayrağı daşıyan ABŞ hərbi gəmisinin gəlişinin zəlzələ ilə sıx bağlı olduğunu qeyd edirlər.

Türkiyəyə gələn Nitze esminesi Krımı və Donbası da vura bilir.

Amerika döyüş gəmisi HAARP və Mərmərə dənizi sahillərində 17 avqust 1999-cu ildə baş vermiş zəlzələ

İctimaiyyət arasında belə bir fikir var ki, nə vaxt Amerika hərbi gəmiləri Türkiyənin ərazi sularında peyda olsa, mütləq fəlakət baş verəcək.

Bu baxımdan episentri Kahramanmaraş vilayətinin Pazarcık şəhərində olan Türkiyənin ürəyini parçalayan 7,9 bal gücündə zəlzələdən sonra sosial şəbəkələrdə “HAARP” haqqında fərziyyələr yenidən müzakirə olunmağa başlayıb.

Serb əsilli amerikalı alim və ixtiraçı Nikola Tesla tərəfindən uzun illər əvvəl işlənib hazırlanmış “aşağı tezlikli elektromaqnit şüalanma ilə yüksək enerji ötürülməsi” üsuluna əsaslanan HAARP “yüksək tezlikli aktiv” kimi tanınan elmi layihədir və ABŞ-ın Alyaska ştatında həyata keçirilir.

“Elmi” sözünə əhəmiyyət verməyin, bu layihə o qədər də zərərsiz deyil.

Bu, daha çox ABŞ-ın qlobal üstünlüyünü təmin etmək üçün hazırlanmış hərbi-texnoloji silahdır.

“Minilliyin Çağırışı 2002” təlimi ilə Türkiyədə baş verən zəlzələ arasında hansı əlaqə var?

Əbəs yerə hərbi təlimləri müharibə oyunu adlandırmayıblar. 24 iyul 2002-ci ildə Lozanna müqaviləsinin imzalanmasının ildönümündə ABŞ ordusu Nevada səhrasında “Minilliyin Çağırışı 2002” adlı təlim keçirəndə amerikalı kovboylar da belə düşünmüşdülər.

Bununla belə, 22 günlük manevrlərin kifayət qədər maraqlı ssenarisi var idi, çünki təlim Aralıq dənizində bir ada ilə problemləri olan və çoxlu etnik azlıqların yaşadığı bir ölkəyə yönəlmişdi.

Strateji nöqteyi-nəzərdən hədəf ölkə iki qitəni ayıran su yolunda yerləşirdi və eyni zamanda iki qitədə yerləşirdi.

Bu ölkə Türkiyə ola bilirmi?

Təlimin senarisi: Hədəf ölkə bəzi dəniz zolaqlarına nəzarət edir. Onun ada ölkəsi ilə ciddi problemləri var. Hədəf edilən ölkədə çox güclü zəlzələ baş verir. Mülki hökumət bunun öhdəsindən gələ bilmir və xaosa ordu müdaxilə edir. Beynəlxalq ictimaiyyətdən kömək istənilir. Birləşmiş Ştatlar yardım göstərəcəyini vəd edir, ancaq bir şərt qoyur, onlar tərəfdən hərbi qüvvələr iştirak edəcək.

Bu zaman ölkəyə gələn Amerika ordusu ilə Amerika hərbçilərinin sayına və hərəkətlərinə şübhə ilə yanaşan hədəf ölkənin ordusu arasında müharibə başlayır və ölkə 96 saat ərzində işğal edilir. Təlimlərin gedişini izləyən “Associated Press”-in məlumatına görə, təlimlərin ssenarisində hədəf ölkənin Türkiyə olduğu barədə məlumatlar var idi.

Yunanıstanın “Pentapostagma” qəzeti “ABŞ 96 saata Ankaranı işğal edəcək” 19 iyun 2022-ci il tarixli məqaləsində Trakyanın Yunanıstana, İstanbulun qərb hissəsinin isə “Dünyəvi Patriarxlığın Şəhər-Dövləti”nə aid olduğu xəritəni dərc edib. Nəşr qeyd edir ki, Fransa donanması mümkün Türkiyə-Yunanıstan müharibəsində Yunanıstanı da dəstəkləyəcək. Bütün bu hekayə Amerikanın “Minilliyin Çağırışı – 2002” təlimlərinin hansı məqsəd güddüyünü açıq-aşkar sübut edir.

Pentaqon “Axtarış-xilasetmə və zəlzələdən xilasetmə işlərinə dəstək vermək” bəhanəsi ilə «USS George H. W. Bush» təyyarədaşıyan gəmisini Türkiyəyə göndərdiyini açıqlayıb.

Ən maraqlısı odur ki, Nitzenin də daxil olduğu zərbə qüvvələrinin komandiri kontr-admiral Dennis Veles Vaşinqtonun məqsədləri haqqında daha açıq danışır. Onun sözlərinə görə, “ABŞ ordusu çəkindirməyə” və lazım gələrsə, “Şimali Atlantika Alyansını qorumağa” hazırdır. O, ABŞ Hərbi Dəniz Qüvvələrinin Avropa sahillərində güclənməsini bununla izah edir.

Bu yaxınlarda baş verən zəlzələ ilə ABŞ hərbi gəmilərinin Türkiyəyə səfəri arasında əlaqəni əsaslandırmamaq da mümkün deyil. Birləşmiş Ştatlar yaxın 1-2 həftə ərzində Rusiya tərəfinin Ukraynaya qarşı yeni hücuma başlaya biləcəyini gözləyir. Bu tarixin ən böyük savaşlarından biri ola bilər. Amma başa düşürlər ki, Türkiyə NATO ilə birgə hərəkət edərək ABŞ-ın tələb etdiyi kimi Rusiyaya qarşı addım atmayacaq.

Türkiyə həm xarici, həm də daxili siyasi təzyiq altında.

Bir müddət əvvəl Türkiyə müxalifəti fevralın 13-də Milli Matəm bitənə qədər hakimiyyətə qarşı tənqidi hücumlardan çəkinəcəyini bəyan edirdisə, İstanbulda Amerika esminesi peyda olan kimi CHP başqanı, Kamal Kılıçdaroğlu, iqtidarın hərəkətlərini sərt şəkildə tənqid etdi.

O, hakim Ədalət və İnkişaf Partiyasını (AKP) “çoxlu insan tələfatına səbəb olan” keyfiyyətsiz tikintidə və AKP-nin “vergi ödəyicilərinin bu cür fəlakətlərə hazırlaşmaq üçün nəzərdə tutulan vəsaitlərini israf etməkdə” ittiham edib. Bundan əlavə, bəzi Türkiyə və Qərb nəşrlərində “zəlzələdən sonra dağıntıları təmizləməyə kifayət qədər tez başlamayan” Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan narazılığını ifadə edən nəşrlər artmağa başladı.

Onların nəzərində Ərdoğan “diktator və islamçıdır” və onun “avtoritar, anti-Qərb davranışı ləğv edilməlidir”. Eyni çevrələrdə Ərdoğanın əsas xarici “patronu” sayılan Rusiyanı və onun prezidenti Vladimir Putini də bəyənmirlər.

Nə etməli

Qardaş Türkiyənin hərbi-mənəvi və dost İsralin hərbi dəstəyindən sonra Azərbaycan 30 il işğal altında qalan tarixi torpaqlarını erməni fasitlərindən azad etdi. 30 il ATƏT-in Minsk Qrupu imitasiya edərək torpaqlarımızın erməni işğalında qalmasına yardım etdilər. Onların Türkiyə və Azərbaycan torpaqları hesabına “Böyük Ermənistan” xülyası məhv edildi. Bu məğlubiyyəti erməni havadarları həzm edə bilmirlər. Müdafiə Naziri Hülusi Akar: “Azərbaycan dünyaya Türkün gücünü göstərdi”- ifadəsini işlətdi. Azərbaycan tək erməniyə qalib gəlmədi, Azərbaycan müharibədən əvvəl və Vətən Müharibəsi zamanı erməniyə açıq-gizli silah verən Beynəlxalq İmperializmə qalib gəldi. Budur onları qorxudan. Türk dövlətləri birləşərsə, hərbi ittifaq yaradarsa o zaman Beynəlxalq İmperializmin ağalığına son qoyulacağına anlayırlar. ABŞ, Avropa və İranın  qorxusu Türk Birliyidir – BÖYÜK TURANDIR.

Türkiyə Cumhuriyyəti Turan Birliyində hərbi-iqtisadi-siyasi güc baxımından aparıcı dövlətdir. Bu səbəbdən nə üsulla olursa-olsun zəiflətməyə çalışırlar. Hər cür təxribatları əl atırlar ki, TÜRK BİRLYİ alınmasın, həyata vəsiqə almasın. Düçmənlərimizin məqsədləri bəllidir. Ancaq, onların səyləri əbəsdir.

Qardaş Türkiyədə baş vermiş zəlzələnin fəsadlarını da aradan qaldıracağıq, insanlarımızın normal həyata qayıtmasını da təmin edəcəyik. Türkiyəmizə qarşı qurulan bütün çirkin oyunları Türk Dövlətləri Təşkilatı ilə bərabər pozacağıq. Bunu düşmənlərimiz açıq-aydın və net bilsinlər.

 

Vahidov Qurban. Araşdırmaçı – analitik

Real vaxt yeniləmələrini birbaşa cihazınızda əldə edin, indi abunə olun.

Comments are closed.