Mixail Zadornov: “…Rusiya iqtisadiyyatı sanksiya təzyiqinə tab gətirməyəcək və çökəcək”

Rusiya iqtisadiyyatı Qərbin sanksiya təzyiqinə və Ukrayna ordusu ilə uzun sürən döyüşlərə tab gətirməyəcək və çökəcək.

Kafkaznews.com xəbər verir ki, bunu Boris Yeltsinin prezidentliyi dövründə Rusiyanın son maliyyə nazirlərindən olan Mixail Zadornov (İqtisadçı və dövlət xadimi, «ФК Открытие» bankının idarə heyətinin sədri, 1997-1999-cu illərdə Rusiyanın maliyyə naziri, 1-4-cü çağırış Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasının deputatı) “Forbes”ə müsahibəsində deyib.

Zadornov qeyd edib ki, indi Rusiya ÜDM-in təxminən 4%-ni orduya ayırır, lakin Vaşinqtonun müdafiə sektoruna ayırdığı xərclərlə müqayisədə bu, ABŞ-ın hərbi büdcəsinin yalnız 1/10-i qədərdir:

“Ukraynaya silah tədarük etməyə başlayan ölkələrin resurslarını və münaqişə uzanarsa, onların yarada biləcəkləri resursların ümumi həcmini toplasaq, inanın ki, bunlar tamamilə müqayisəolunmazdır”.

Real vaxt yeniləmələrini birbaşa cihazınızda əldə edin, indi abunə olun.

Comments are closed.