Mingəçevirdə tikinti materiallarına olan tələbat artıb

Mingəçevirin tikinti materiallarına təlabat artıb.Bunu şəhərin ən iri tikinti materialları satışı mərkəzində müşahidə etmək mümkündür. İstər alıcı fəallığı , istərsə də diqqət çəkən bu fəallıqla bağlı satış nümayəndələri bildirir ki, qış ayları ilə müqayisədə tikinti materiallarına olan tələbat ən azı 3.5 və 4 dəfə artıb. Mərkəzin nümayəndəsi Emin Seyidovun verdiyi məlumata görə daha çox tələbat olan tikinti materialları dəmir dam örtükləri, taxta materialları, müxtəlif növ dayaqlar , sement və digər zəruri dəmir materiallarından ibarətdir. Onun sözlərinə görə əgər ötən mövsüm dam örtüyü üçün gün 100 adam müraciət edirdisə bu gün o say 350-400 həddinə çatıb.
Qiymətlərə bağlı məlumat verən Emin Seyidov deyir ki, kubu 330-340 manata satılan taxta materialları bu gün alıcılara 290-300 manata təklif olunur.:”Dam örtüklərinin hər kvadratmetrində enmə var , bu səbəbdən də kvadratmetrində 0.70 qəpik, 1manat civarında endirim tətbiq olunur. Sementlərin qiyməti demək olar ki, sabit qalıb. Dəmir materiallarının hər metrində isə 20-30 qəpik qiymət fərqi müşahidə olunur. Eyni zamanda yeni standartlara uyğun tametlər və çox sayda digər məişət avadanlıülarının satışı da alıcıların tələbinə və cibinə uyğun təşkil olunur.Alıcılar da satış bazarında müşahidə olunan bu mənzərədən məmnun görünür”.
Qeyd edək ki, .bu cür stabil qiymətlərlə alıcılara çıxış imkanı isə tikinti materialları bazarında mövsümü canlamaya yol açıb.


Esmira Hidayətova, Mingəçevir.

Real vaxt yeniləmələrini birbaşa cihazınızda əldə edin, indi abunə olun.

Comments are closed.