Mingəçevirdə Novruz şənliyi keçirilib

Bu gözəl gündə mingəçevirlilər öz sevinclərini bölüşmək üçün mart ayının 17-də Səməd Vurğun adına meydana toplaşmışdılar. Meydan boyu ərazi səliqə sahmana salınmış, insanların rahat toplanması üçün hər cür şərait yaradılmışdır. Burada şəhərimizin bütün təhsil ocaqları üçün xüsusi yerlər ayrılmışdır ki, həmin kollektivlər də öz əl işlərini nümayiş etdirsinlər.

Bayram tədbirində yüzlərlə şəhər sakini iştirak edirdi. Meydanın ortasında tonqalın alovlanması üçün xüsusi yer yaradılıb. Kəndirbazların, pəhlivanların, idmançıların təqdim etdikləri müxtəlif oyunlar, Keçəlin, Kosanın məzhəkələri, Dədə Qorqudun tövsiyyələri, Bahar qızın xoş arzuları toplaşanların alqılşları ilə qarşılanırdı.

Bayram tədbirində Mingəçevir Dövlət Dram Teatrının aktyorlarının çıxışları, Mingəçevir şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdlərinin təqdim etdiyi rəqs və mahnılar, musiqiçilərin ifaları, şənliyə gələn uşaqların şən rəqsləri tədbir iştirakçılarının sevincinə səbəb olur, şənliyi rövnəqləndirirdi.

Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyətinin başçısı İlham İsmaylov çıxış edərək mingəçevirlilərə bayram təbriklərini çatdırdı.

Tədbirin sonunda Mingəçevir şəhər İcra Hakimiyətinin başçısı İlham İsmaylov hüquq mühafizə orqanlarının rəhbərləri ilə birlkdə şəhərin təhsil ocaqlarının kollektivlərinin hazırladıqları əl işləri və bayram süfrələri ilə tanış oldular.

Sonda bayram tonqalı alovlandırılıb.

Bayram günü Mingəçevirə qonaq gəlmiş  87 yaşlı Türkiyə vətəndaşı  Zəki Tekin Kavkaznews.com-a açıqlama verib. Qeyd edək ki, Zəki bəy həkimdir, eyni zamanda turizm dərnəyinin başçısıdır.

Video:

Esmira Hidayətova,Mingəçevir.

Real vaxt yeniləmələrini birbaşa cihazınızda əldə edin, indi abunə olun.

Comments are closed.