Mingəçevirdə Novruz Bayramı şənlikləri keçirilmişdir

17.03.2023-cü il tarixində Mingəçevir şəhəri Səməd Vurğun meydanında  Novruz Bayramı ilə əlaqədar təntənəli bayram şənliyi keçirilib.

Tədbirdə məktəblilərin “Gəl, Novruzum”, “Novruz töhfələri”, “Novruz gəlir, yaz gəlir”, “Novruz adətlərimiz”, “Yurdumuza yaz gəlir”, “Səməni saxla məni”, “Novruz xalq bayramıdır” və digər müvafiq mövzularda tədbirlər, ədəbi-bədii kompozisiyalar və şagirdlərin əl işlərindən ibarət sərgilər nümayiş etdirilmişdir.

Bayram şənliklərində qədim adət-ənənələrinin bütün rəngarəngliyi qorunub saxlanılmış, Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə yüksək ehtiramını və milli-mənəvi dəyərlərə dərin bağlılığını nümayiş etdirilmişdir.

Tədbirdə şagirdlər baharın təravətli nəfəsini özü ilə gətirən Novruz Bayramına aid mahnılar ifa edib, şeirlər səsləndirib, maraqlı səhnəciklər nümayiş etdiriblər. Şagirdlərin ifasında milli rəqslər, xalq oyunları, Keçəl və Kosanın məzəli əhvalatları, Bahar qızının gəlişi tədbirlərə rəngarənglik qatıb.

Sonda bayram tonqalı qalanıb, məktəblilər tonqal ətrafında yallı gediblər.

Bolluq, xeyirxahlıq, gözəllik və humanist ideyalar bayramı olan Novruzun dünyadakı bütün azərbaycanlılar tərəfindən qeyd edilməsi milli birliyin nişanəsidir.

Qurban Vahidov. Mingəçevir

Real vaxt yeniləmələrini birbaşa cihazınızda əldə edin, indi abunə olun.

Comments are closed.