Mingəçevirdə evi yanan ailəyə yardım edilib
Mingəçevir Şəfa bağlar yaşayış massivindəki 4 cü küçədə yerləşən fərdi təssərrüfatda baş verən yanğınla bağlı ev sahibi olan 1 ci Qarabağ müharibəsi veteranı Məhəmməd Əliyev ailəsi ilə birlikdə ağır durumda qalıblar. Mingəçevir İcra Hakimiyyəti, Mənzil Kommunal Təsərrüfatı İstehsal Birliyi (MKTİB),Qızıl Aypara Cəmiyyəti Mingəçevir şəhər bölməsi ailəyə yardım göstərib. Həmin ailəyə yataq dəsti,mətbəxt dəsti,çadr,ərzaq bağlaması,gigiyenik dəst və adiyallar verilib. Həmçinin MKTİB ailənin həyətində təmizlik işləri aparıb,onlara yaşamaq üçün çadrların qurulmasında kömək ediblər. MKTİB rəisi Şəhriyar Mustafayev Əliyevlərin həyətində olarkən ailənin yanında olduqlarını və əllərindən gələn köməyi əsirgəməyəcəklərini deyib. Məhəmməd Əliyev və həyat yoldaşı Almaz xanım onlara göstərilən bu diqqət və qayğıya görə şəhər rəhbərliyinə ,MKTİB-yə ,Qizil Aypara Cəmiyyətinə təşəkkürlərini bildiriblər.
Qeyd edək ki,Laçın rayon sakini olan 1 ci Qarabağ müharibəsi veteranı Məhəmməd Əliyevə məxsus bir mərtəbəli 3 otaqlı yaşayış evi əşyaları ilə birgə yanaraq kül olmuşdu.Hadisə zamanı ailə evdə olmadığı üçün evdən heç bir əşya çıxarmaq mümkün olmamışdı.Hadisə yerinə cəlb olunan yanğınsöndürmə briqadaları alovu ram edərək 4 bir yandan əhatə olunan digər yaşayış evlərinə keçməsinə imkan verməyiblər.
Esmira Hidayətova,Mingəçevir.
Comments are closed.