Mingəçevirdə bayram konserti olub
Dekabrın sonuncu günü ərəfəsində şəhərin baş meydanında, yolka ətrafında Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “31 Dekabr Bütöv Azərbaycan Naminə Həmrəy Olaq” devizi altında bayram konserti keçirilmişdir.
Təşkil olunan ümumşəhər konsertinə paytaxtdan gəlmis taninmis musiqicilər rəngarəng musiqi nömrələri ilə mingəçevirliləri sevindirdilər. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul şəxsləri, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin rəisi Şəhriyar Mustafayev, MDU rektoru Şahin Bayramov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, işçiləri, ictimaiyyət nümayəndələri, mətbuat və kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak edirdilər. Heydər Əliyev parkının önündə təşkil olunan konsert proqramını şəhər sakinlərinin izləməsi üçün hər cür şərait yaradılmışdı. Şəhər sakinlərinin alqışları ilə qarşılanan musiqi nömrələri zövqləri oxşayırdı. Konsert proqramının təşkili ilə yanaşı tədbirdə Şaxta baba və Qar qızın iştirakı böyük marağa səbəb oldu. Şaxta baba öz gəlişi ilə tədbir iştirakçılarını salamladı, onlara xoş arzularını çatdırdı, yeni 2023-ci ilin gəlişi münasibətilə şəhər sakinlərini təbrik etdi.
Mənzil Kommunal Təsərrüfatı İstehsal Birliyinin rəisi Şəhriyar Mustafayevin sözlərinə görə şəhərdə iki əlamətdar bayram münasibətilə 12 metr hündürlüyündə yolka quraşdırılıb.Üstəlik o ilk dəfə rəqəmsal işıqlanma sistemi ilə təmin olunub. Əlavə olaraq kollektivin təşəbbüsü və səyi ilə illərin yenilənməsini əks etdirən 1 metr 80 santimetr hündürlüyündə postament yaradılıb. Yəni hər şey Mingəçevirlilərin və şəhərin qonaqlarının bayram coşqusuna və sevincinə hesablanıb. Yeri gəlmişkən şəhər sakinləri bayramsayağı bəzənmiş Heydər Əliyev meydanında möhtəşəm bayram konsertində iştirak ediblər. Konsert möhtəşəm atəşfəşanlıq ilə yekunlaşmışdır.
Esmira Hidayətova, Mingəçevir.
Comments are closed.