Mingəçevir Əsəb Xəstəlikləri Dispanseri qənaətbəxş durumda deyil

Azərbaycan Respublikası Səhiyyə nazirliyinin balansında olan Əsəb Xəstəlikləri Dispanseri, bu xəstəxanaya müraciət edən əsəb xəstələrini belə demək mümkünsə daha da əsəb günə salır. Belə ki, xəstələrə əlillik təyin olunması üçün bu quruma göndərilir və bu qurumun həkimləri əlillik üçün sənədi yazıb aidiyyəti orqanlara göndərsələrdə dəfələrlə imtina gəlir. İmtina səbəbi də bildirilir ki,diaqnoz əlilliyi təsdiq etmir. Bu günlərdə qazi anası bu problemlə baglı saytımıza müraciət edərək oğluna əlillik almaq üçün 3 ildir süründürməçiliyə məruz qaldığını bildirib. Qazi Agamirzəyev Rəşad Aslan oğlunun anası deyir ki,oğlu ikinci Qarabag müharibəsinin qazisidir. 3 ildir Yevlax-Mingəçevir-Bakı arasında qaldığını bildirir:” Oğlumun sənədini Əsəb Xəstəlikləri Dispanserindən vururlar amma bizə dəfələrlə imtina gəlir,səbəbi də qoyulan diaqnoz əlilliyi təsdiq etmir. Əgər əllik təyin edilmirsə bəs niyə sənədində işə yarasızdır yazırlar. Uşaq nə işlə təmin olunmur,nə də əlillik verilmir. Evlidir, bir uşaq atasıdır. 3 ildir ki,xəstəxanalar gəzir,yoldaşım da əlildir,vəziyyətimiz də çox acınacaqlıdır”.
Regional olan xəstəxana Mingəçevirdə yerləşir. Bura Göyçay,Yevlax,Goranboy,Mingəçevir,Ucar,Zərdab,Tərtər,Nftalan rayonlarından olan xəstələr bu ünvana müraciət edirlər. Şəraiti olmayan baxımsız vəziyyətdə olan xəstəxanaya üz tutuan xəstələr çox əziyyətlər çəkir. Xəstəxananın baş həkimi Şəmsinur Hüseynova ilə görüşüb mövcud durumla bağlı məlumat verməsini istədik. Xanım həkim bildirdi ki,bu kimi vəziyytlərlə baglı xəstə sahibləri ilə onlar da üz-üzə qaldıqlarını deyir:”
Uzun illərin xəstələri var ki,sagalmayan xəstəlikdir, ömürlük təqaüd almalıdır amma onlara da imtina gəlir. Bizim cəmiyyətlə iki əsas problemimiz var. Baxın,Yevlaxdan gələn bu qazi 3 ildir gəlib,gedir.Bu gün yenə komissiya olunmaq üçün bura göndərilib. Bir problemimiz də stasionardır. Xəstələr yatışa göndərilir. Amma bizim yerimiz olmadığına görə biz onları göndəririk bölgələrdə olan Gəncə,Bakı,Şəki xəstəxanalarına. Bizə tabe olan regiondan olan xəstələr bu kimi rayonlara getməkdən imtina edir.Biri imkanının olmamasını deyir,kimisi uşağını orada yatızdırmaq istəmir və s. VTK tərəfindən səbəli,səbəbsiz verilən imtinalar bizi xəstə sahiblər iilə üz-üzə qoyur”.
Məhiyyədin Qədimov isə deyir ki,yoldaşı 3 ildir ruhi xəstədir:” Xəstəxanada yer olmadığına görə biz onu xəstəxanada yatırda bilmirik.Yatışı olmadığına görə də əlillik təyin olunmur”.
Qeyd edək ki,3 uşaq anası bu gün ağır durumda evdə ailənin öz vəsaiti hesabına müalicə alsada heç bir nəticə yoxdur.Əlillik sənədinə də dəfələrlə imtina gəlib.


Esmira Hidayətova, Mingəçevir.

Real vaxt yeniləmələrini birbaşa cihazınızda əldə edin, indi abunə olun.

Comments are closed.