Mərakeşli azarkeşlər Belçikada iğtişaşlar törətdilər (video)
Futbol komandasının DÇ-2022-də məğlub olmasından sonra Belçikada mərakeşli azarkeşlər iğtişaşlar törədiblər.
Brüsseldə yaşayan mərakeşlilər vitrinləri sındırıb, avtomobilləri aşırıb, təkərləri yandırmağa başlayıblar. Belçika polisi vəziyyətə müdaxilə etməli olub, asayiş keşikçiləri səs-küylü qumbara və su şırnaqlarından istifadə etməyə məcbur olub.
Bundan əvvəl noyabrın 27-də Mərakeş millisi Belçika millisi üzərində 2:0 hesablı qələbə qazanmışdı. Hücumçu Abdelhəmid Sabiri 73-cü dəqiqədə rəqibin qapısına ilk zərbə endirib. 92-ci dəqiqədə yarımmüdafiəçi Zəkəriyyə Əbuhlal Mərakeş yığmasının üstünlüyünü gücləndirib.
İki matçdan sonra Mərakeş dörd xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Dekabrın 1-də milli komanda qrup mərhələsində son oyununu Kanadaya qarşı keçirəcək.
Comments are closed.