Kərkükdə Əhməd Tahirə xain terror

Türkiyədə baş verən zəlzələnin sarsıntılarından üzüldüyümüz bir zaman Kərkükdən sarsıdıcı xəbər gəldi. Kərkükdə cümə namazından əvvəl İraq Türkmən Cəbhəsinin keçmiş təhlükəsizlik rəhbəri Əhməd Tahir xain terrorçular tərəfindən avtomobilinə qoyulan bombanın partladılması ilə şəhid oldu.

İrak Türkmən Cəbhəsinin rəhbəri Həsən Turan bildirib ki, Əhməd Tahir onun avtomobilinə quraşdırılmış bombanın partlaması nəticəsində şəhid olub. Turan deyib: “Tahir öz əzmi və sədaqəti ilə bizim mübarizəmizə öz töfhəsini verib. Belə bir şəxsin yoxluğu – bizim üçün böyük itkidir”.

Kafkaznews.com-un məlumatına görə Türk Dünyası Dayanışma və Yardışlaşma Dərnəyi Əhməd Tahiri qarşı olan terrora şiddətlə etiraz etmişdir.

Etirazda: “Təbii ki, İraq türklərinə qarşı edilən bu xain hücum birinci dəfə deyil. Amma indiyə qədər həyata keçirdikləri hücumlar İraqdakı türkmən qardaşlarımızı qorxuda bilməyib və bundan sonra da qorxutmayacaqlar.

Biz buradan onlara deyirik: Əhməd Tahiri şəhid etməklə Türkiyəyə, Türkmən elinə mesaj verməyə çalışmayın, səbrimizi sınamayın, bu Soylu Milləti qorxutmağa qalxmayın.

Bu xain qətli törədənlər bilsinlər ki, bir Əhməd Tahir şəhid olacaq, minlərlə Əhməd Tahir doğulacaq. Amma xain xainlər bunun əvəzini mütləq ödəyəcəklər” – bildirilir.

 

Real vaxt yeniləmələrini birbaşa cihazınızda əldə edin, indi abunə olun.

Comments are closed.