İsraillə Azərbaycan arasında münasibətlər daha yüksək inkişaf səviyyəsinə yüksəlib

Hər il iki ölkə arasında əlaqə, xüsusilə enerji və hərbi sənaye kompleksi (HSK) sahələrində daha da möhkəmlənir. Bu gün turizmdə, mülki texnologiyalarda, mədəni əlaqələrdə də tərəqqi aydın görünür. İsrail investorlarının Azərbaycana marağı artır, azərbaycanlı investorlar isə İsrailə maraq göstərirlər. Demək vacibdir ki, möhkəm və etibarlı münasibətlərin əsası çox əsrlər əvvəl qoyulub, çünki əsrlər boyu Azərbaycan və yəhudi xalqlarını möhkəm dostluq telləri bağlayıb.

2022-ci il Azərbaycan-İsrail münasibətləri üçün əlamətdar olmuşdur. Çünki İsraildə Azərbaycanın səfirliyinin açılması qərara alınıb. Bu, çox mühüm hadisədir, ikitərəfli münasibətlərdə yeni dövrdür. Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli siyasi əlaqələri tamamilə yeni səviyyəyə qaldıracaq, bütün sahələrdə, o cümlədən turizm və texnologiya sahələrində əlaqələrin inkişafına güclü təkan verəcək.

01.02.2023-cü il tarixində “Vətən Naminə İnkişafa Doğru” ictimai birliyinin sədri Emin Babayev və Qafqaz əsilli Yəhudilərin Ümumisrail assosiasiyasının sədri, Dağ yəhudilərinin parlament lobbisinin baş direktoru Pavel Elizarov arasında görüş keçirilmişdir. Görüş zamanı Pavel Elizarov Emin Babayevi “Azərbaycan və İsrail arasında əlaqələrin inkişafına və möhkəmlənməsinə verdiyi töhfələrə görə” fəxri fərmanı ilə təltif etmişdir. Emin Babayev ona göstərilən diqqətə görə qarşı tərəfə minnətdarlığını bildirmiş, bundan sonra da Azərbaycan və İsrail münasibətlərinin daha da sıx olması üçün əlindən gələni edəcəyini demişdir. Hər iki tərəf elmi, iqtisadi, mədəni və humanitar sahələrdə birgə addımların atılmasının vacibliyini xüsusi vurğulayıblar. Təkliflərin həyata keçirilməsi üçün tədbirlər planının hazırlanması qərara alınıb.

Real vaxt yeniləmələrini birbaşa cihazınızda əldə edin, indi abunə olun.

Comments are closed.