İsrail hərbi rəsmiləri İrana qarşı əməliyyat planını ətraflı nəzərdən keçiriblər
İsrail İran daxilində üç minə yaxın obyekti müəyyən etdiyini və ölkənin həssas hərbi mərkəzlərinə hücum etmək üçün Qərb dövlətləri ilə hərbi koalisiya qurmağı planlaşdırdıgını bildirib.
Kafkaznews.com xəbər verir ki, bu barədə Fransa radiosu anonim mənbəyə istinadən məlumat yayıb.
“İran hökumətinin mərkəz və obyektlərinə hücum planı hazırdır və hərbi rəsmilər əməliyyat planını ətraflı nəzərdən keçiriblər”, – məlumatda qeyd olunub.
Bildirilib ki, İsrail İran hökumətinin hərbi mərkəzlərinə qarşı əməliyyatları təkbaşına həyata keçirmək fikrində deyil.
Comments are closed.