İşğalçı Ermənistanın Hərbi Cinayətləri

Ermənilərin törətdiyi hərbi cinayətlər işğalçı tərəfinin Azərbaycana qarşı apardığı asimmetrik müharibənin məntiqi nəticəsidir. Asimmetrik müharibə müxtəlif səviyyələrdə – hərbi-strateji, əməliyyat, siyasi və müxtəlif formalarda (məsələn, terror metodlarından istifadə etməklə) aparıla bilər, lakin hər bir halda bu, beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasını nəzərdə tutur və nəticədə hərbi cinayətlərin törədilməsinə gətirib çıxarır.

Asimmetrik müharibənin tipik göstəriciləri mülki əhaliyə və mülki infrastruktura hücumlar, qadağan olunmuş döyüş vasitələrindən – kasetlərdən, fosforlu sursatlardan istifadə, girov və hərbi əsirlərlə qeyri-insani rəftar, onlara işgəncə və qətllərə məruz qoyulması, ətraf mühitə uzunmüddətli və külli miqdarda ziyan vurulması, muzdluların və uşaqların hərbi əməliyyatlara cəlb edilməsi və s.

2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Ermənistan Silahlı Qüvvələri Azərbaycanın mülki əhalisinin yaşadığı rayon və şəhərlərə 30 minə yaxın mərmi və 227 raket zərbəsi endirib. Döyüş meydanında məğlub olan Ermənistan Gəncə, Mingəçevir, Tərtər, Bərdə, Qəbələ və digər yaşayış məntəqələrinə raket hücumlarını davam etdirərək, hərbi və insanlığa qarşı cinayətlər törədib. Ermənistan Silahlı Qüvvələri tərəfindən mülki əhalinin əmlakına ciddi ziyan vurulub, o cümlədən evlər dağıdılıb, çoxmənzilli binalar və qeyri-yaşayış obyektləri dağıntıya məruz qalmışdır.

Təkcə 2020-ci il oktyabrın 11-də Ermənistan Silahlı Qüvvələrinin Gəncə şəhərinin mərkəzi hissəsində yerləşən 12-dən çox çoxmənzilli yaşayış binasına raket zərbəsi endirməsi nəticəsində 10 nəfər həlak olub, 35-dən çox insan yaralanıb və 100-dən çox müxtəlif təyinatlı obyeklərə ziyan dəyib. Həmçinin bir neçə gün sonra, oktyabrın 17-də terror aktı zamanı 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb. Ümumilikdə, 2020-ci ilin oktyabr ayında Gəncə 5 gün: 4, 5, 8, 11 və 17 oktyabrda raket hücumlarına məruz qalıb. Nəticədə 26 dinc sakin həlak olub, 120-dən çox insan yaralanıb, irimiqyaslı dağıntılar baş verib.

44 günlük müharibə nəticəsində erməni işğalından azad edilmiş ərazilərdə aparılan araşdırma, erməni hərbçilərinin cinayətlərinə dair getdikcə daha çox maddi sübutlar aşkarlanır.

Cəbrayıl rayonu ərazisində işğalçı erməni ordusu tərəfindən yaradılmış keçmiş silah-sursat anbarını araşdırarkən 150 çox partlamamış hərbi sursat, müxtəlif çaplı patronlar, 5 kq partlayıcı maddə, ağ fosfor tərkibli 17 minaatan mərmisi tapıldı.  Bu maddələr qadağan edilmiş silah kimi təsnif edilir.

Mütəxəssislərin bildirdiyi kimi, onun tətbiqi  “Yandırıcı silahların istifadəsinə qoyulan qadağan və ya məhdudiyyətlərə dair III Protokol”  BMT-nin 1980-ci il tarixli “Bəzi adi silahlar haqqında” Konvensiyasına uyğun olaraq ilə açıq şəkildə qadağan edilmişdir.

Qəti şəkildə söyləyə bilərik ki, erməni işğalçılarının ağ fosfordan istifadə etməsi faktı artıq təsdiq olunmuşdur.

Bənzər bir hadisə hələ 2016-cı ilin yazında qeyd edilmişdi. Belə ki, o zaman Tərtər rayonunun Əskipara kəndi yaxınlığındakı pambıq tarlasında ağ fosforlu partlamamış  bir mərmi tapıldı. Azərbaycan Xarici İşlər Nazirliyi  bu barədə dərhal Azərbaycanda  akkreditə  olunmuş  xarici ölkələrin səfirliklərinin hərbi  attaşelərinə Ermənistanın bu tip silahlar ilə Azərbaycanın mülki əhalisinə qarşı istifadə etməsi haqqında məlumat verdi.

Bu fakt, 11 may 2016-cı il tarixində ATƏT-in fəaliyyətdə olan sədrinin münaqişə ilə məşğul olan şəxsi nümayəndəsinin,  səhra köməkçilərinin iştirakı ilə, o cümlədən 13 ölkənin 20 nümayəndəsi və hərbi attaşesi tərəfindən Əskipara kəndinə səfəri zamanı, izlənildi və ATƏT-in Minsk qrupu tərəfindən sənədləşdirildi.

Ancaq təəssüf ki, beynəlxalq humanitar hüququn açıq və kobud şəkildə pozulmasına baxmayaraq, Ermənistana qarşı heç bir sanksiya tətbiq olunmadı. Erməni millətçi dairələri bu kimi hadisələri Qərbin onlara qarşı reveransı (güzəşti) kimi qəbul etdilər və bu gündə öz hərbi cinayətlərini davam etdirirlər.

44 günlük müharibə zamanı işğalçı Ermənistan ordusu dəfələrlə ağ fosfor mərmilərindən istifadə etmişdir. 8 oktyabr 2020-ci il tarixində işğalçı Ermənistan Azərbaycanın Füzuli bölgəsində ordumuzun mövqelərini fosfor silahı ilə vurdu – xoşbəxtlikdən sursat partlamadı və sonra ANAMA zabitləri tərəfindən zərərsizləşdirildi.

Azərbaycan PUA-nın kameralarını “kor etmək” üçün Ermənistan ağ fosfordan istifadə edərək Şuşa şəhərinin yaxınlığındakı meşələri yandırmışdır. Nəhayət, ağ fosfor Ermənistan tərəfinin Azərbaycana qarşı istifadə etdiyi tək qadağan edilmiş silah deyil. Bərdədə yaşayış sahələrinin atəşə tutulmasında, kassetli döyüş sursatlarının vəhşicəsinə istifadəsini xatırlamaq kifayətdir. Yeni maddi sübutlar, anbarda saxlanılan minaatan mərmilər faşist Ermənistanın hərbi cinayətlər törətməsinin əyani sübutudur.

Butün bunlar bu cür qadağan edilmiş silahların istifadəsi faktını qeyd etməklə yanaşı, bu mərmilərin harada istehsal olunduğu, harada və kimlər tərəfindən satıldığı kimi bütün əlaqələri izləməyə imkan verir.

Bəs bu cinayətlərdən sonra beynəlxalq içtimaiyyətin lazımi reaksiya olacaqmı?

Bəli, müharibə bitdi, amma bu o demək deyil ki, beynəlxalq humanitar hüquq normalarını bu cür kobud şəkildə pozmaqda günahkar olanlar, üstəlik hərbi canilərinin münaqişə ritorikasından imtina etmədiyi bir vəziyyətdə “avtomatik olaraq” amnistiya edilməlidir. Qadağan edilmiş silahların istifadəsi kimi ciddi beynəlxalq cinayətlər yalnız istifadə olunduqları ölkə üçün deyil, hər kəs üçün bir təhlükədir.

12 avqust 1949-cu il tarixli dörd Cenevrə Konvensiyasının və onlara 8 iyun 1977-ci il tarixli birinci protokolun müddəalarının əhəmiyyətli dərəcədə pozulması bu hüquqi aktların ingilis və fransız dillərindəki autentik mətnlərində terminoloji olaraq öz əksini tapmışdır.

Ciddi pozuntulara, bir tərəfdən, beynəlxalq silahlı münaqişələrin qurbanlarının müdafiəsinə yönəlmiş norma və prinsiplərin pozulması, digər tərəfdən isə müharibə vasitələri və üsullarını məhdudlaşdıran qaydaların, yaxud müharibənin adət-ənənələrinin və qanunlarının pozulması aiddir.

Məhz bu iki məqam Ermənistan silahlı qüvvələrinin və marionet separatçı rejiminin törətdiyi hərbi cinayətləri səciyyələndirir. Belə cinayətləri sistemləşdirmək üçün onların “Cenevrə Qanunu”nu, yəni dörd Cenevrə Konvensiyasında və bu konvensiyalara əlavə edilmiş əlavə protokollarda müəyyən edilmiş xüsusi qadağaları pozduğunu müəyyən etmək lazımdır.

Ermənistan 1993-cü il iyunun 7-də Cenevrə Konvensiyalarına və Əlavə Protokollara qoşulub və o vaxtdan bu sənədlərin müddəalarına əməl etmək hüquqi öhdəlik kimi qəbul edilib.

Lakin beynəlxalq humanitar hüququn pozulması beynəlxalq müqavilələrə əməl etməyən Ermənistan tərəfi üçün adi hadisəyə çevrilib. Ermənilərin törətdiyi hərbi cinayətlər arasında mülki əhaliyə və mülki infrastruktura hücumlar da var. Dördüncü Cenevrə Konvensiyası – “Müharibə dövründə mülki şəxslərin müdafiəsi” bu cür hücumları qəti şəkildə qadağan edir.

Beynəlxalq silahlı münaqişələr qurbanlarının müdafiəsi haqqında I Əlavə Protokolun 51-ci maddəsinin 2-ci hissəsinə əsasən – “mülki əhali və ayrı-ayrı mülki şəxslər hücum obyekti ola bilməz”. Bu protokolun 85-ci maddəsinin 2-ci hissəsinin “a” bəndi mülki əhalinin və ayrı-ayrı mülki şəxslərin hücum hədəfinə çevrilməsini qadağan edir, belə əməllər hərbi cinayətlər kimi qiymətləndirilir”, – qeyd edilib.

Əcnəbilərin, muzdluların və terrorçu qrupların müharibədə iştirak

Münaqişə başlamazdan əvvəl Türkiyə mənbələri İraq və Suriyadan çoxlu YPG və PKK-çıların Dağlıq Qarabağa erməni döyüşçülərə təlim keçmək üçün göndərildiyini bildiriblər. Sentyabrın 30-da Türkiyə mənbələri 300-ə yaxın PKK-çının Dağlıq Qarabağa köçürülməsi barədə məlumat yayıb. Sentyabrın 28-də Azərbaycan Silahlı Qüvvələrində verilən məlumata görə, erməni itkiləri arasında Suriya və Yaxın Şərqin müxtəlif ölkələrindən olan erməni əsilli muzdlular da tapılıb. Sentyabrın 30-da Hikmət Hacıyev bəyan edib ki, “Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı terrorçu qüvvələrdən istifadə etməsinə adekvat cavab verməlidir”. Daha sonra PKK və YPG-nin bir sıra üzvləri müxtəlif nəşrlərə müsahibələrində bu terror təşkilatlarının yaraqlılarının Qarabağda ermənilərin tərəfində vuruşduğunu etiraf ediblər.

Bundan başqa, məlum olub ki, beynəlxalq hüquq prinsiplərinə zidd olaraq Livan, Suriya, Fransa və bir sıra Latın Amerikası ölkələrində yaşayan erməni əsilli vətəndaşlar da erməni diasporunun çağırışları ilə döyüşlərdə iştirak ediblər. Oktyabrın 1-də Suriya İnsan Haqları Monitorinq Mərkəzi erməni əsilli suriyalı döyüşçülərin Suriyadan Ermənistana aparıldığını təsdiqləyib.

Azərbaycan xalqı,  Vətən müharibəsi dövründə və ondan sonra işğalçı Ermənistanın havadarlarının ABŞ, Fransa, Rusiya da daxil olmaqla bir sıra Avropa ölkələrinin  olduğunun şahidi oldu. O “xristian klubunu” birləşdirən amil isə Türk xofudur, “turkofobiyadır”.

Vahidov Qurban – Araşdırmaçı-analitik

Real vaxt yeniləmələrini birbaşa cihazınızda əldə edin, indi abunə olun.

Comments are closed.