İranın vəliəhd şahzadəsi İsrailə müraciət edib

İsraildə səfərdə olan İranın vəliəhd şahzadəsi Rza Pəhləvi İsraili və digər ölkələri İranla birbaşa münaqişəyə girməməyə, əksinə, İran xalqına İslam rejimini devirməkdə kömək etməyə çalışmağa çağırıb. Bu barədə İsrail mediası yazır.

İranın vəliəhdi “Maariv”ə müsahibəsində deyib ki, “danışıqlar İran rejiminə kömək etməyəcək. Aydındır ki, heç kim müharibə istəmir, o cümlədən İsrail. Ona görə də bizə yeganə çıxış yolu qalıb – İran xalqının özü. Onların hər biri sizin müttəfiqinizdir”.

Pəhləvi əlavə edib: “İranda xalq ordusu var. Onlara kömək etmək üçün bizim xarici müdaxiləyə ehtiyacımız yoxdur. Problem uzun müddətdir ki, mövcuddur və əminəm ki, bir çox İsrail nümayəndələri bundan xəbərdardırlar və onlarla birbaşa müzakirə etmək imkanı əldə ediblər”.

Rza Pəhləvi həyat yoldaşı ilə birlikdə Qüdsdəki Ağlama Divarını da ziyarət edib. Vəliəhd özünün Twitter səhifəsində belə bir yazı buraxıb: “2500 il əvvəl Böyük Kir yəhudi xalqını əsirlikdən azad etdi və onlara Yerusəlimdəki məbədini bərpa etməyə kömək etdi. Mən bu məbədin Qərb divarına baş çəkməyim və İran və İsrailin xeyirxah xalqının tarixi dostluğumuzu təzələyəcəyi gün üçün dua etməyimdən dərin qorxu hissi keçirirəm”.

Real vaxt yeniləmələrini birbaşa cihazınızda əldə edin, indi abunə olun.

Comments are closed.