GÖYÇAY 1918-ci il – SAVAŞIN DÖNÜŞ NÖQTƏSİ

1918-ci ilin mayında Azərbaycanın müstəqilliyinin elan olunmasına baxmayaraq, ölkə ərazisinin bir hissəsi, Bakı və ətraf rayonlar erməni-bolşevik işğalı altında idi. Bunsuz isə Azərbaycanın dövlət müstəqilliyini təsəvvür etmək çətin idi. Müstəqilliyə təzə qovuşmuş, beynəlxalq aləmdə hələ tanınmayan gənc dövlətimizin isə ərazi bütövlüyünü təmin etmək imkanları hələ yetərincə deyildi. Belə bir şəraitdə özünün çox ağır durumuna rəğmən Osmanlı Türkiyəsi qardaş Azərbaycanın ərazi bütövlüyünü təmin etmək məqsədilə Nuru paşanın komandanlığı ilə hərbi qüvvələrini Azərbaycana göndərdi. Avropa dövlətlərinin türk qoşunlarının Azərbaycana gəlməsinə etiraz etməsinə baxmayaraq qardaş köməyini əsirgəməyən, ölkəmizi tək qoymayan Osmanlı Türkiyəsi 1918-ci ilin avqust-sentyabr aylarında öz tarixi vəzifəsini şərəflə yerinə yetirdi. Sentyabrın 15-də türklər qarşısına qoyduğu missiyanı uğurla başa çatdırmaqla, Bakını işğalçılardan təmizləməklə Azərbaycan dövlətçiliyinə qardaş töhfələrini verdi, Azərbaycan xalqını darda qoymadı. Gəncədə yerləşən Qafqaz İslam Ordusu Qərargahı, erməni (daşnak) və bolşeviklərin irəli hərəkata başlaması ilə birlikdə, qarşılarında heç bir fiziki əngəl qalmadığını və dəmir yoluna da hakim olduqlarını görüncə bu durumun paytaxt üçün böyük bir təhlükə yaradacağı nəticəsinə gəldi. Nuru Paşa Gəncə üçün əsl təhlükənin Göyçay  yaxınlıqlarındakı düşmən qüvvələrindən gələcəyini hesabladı. Çünki Göyçay bölgəsində aparılan müharibələr, strateji əhəmiyyətə malik idi.

Daşnak Şaumyanın  liderliyindəki Bakı Soveti, türk ordusunun Gəncədə  toparlanmasına fürsət verməmək üçün hərbi hərəkata başlanması istiqamətində qərar aldı. Bakı Xalq Komissarları Sovetinin  Hərbi və Dəniz işləri üzrə komissarı daşnak Korqanov, 4 iyun 1918-ci  il tarixində bir əmr imzalayaraq, Qızıl Ordu qüvvələrinin hərəkətə keçməsini istədi. Rus bolşevik və erməni daşnaklarından ibarət olan hərbi qüvvələrə Yevlax şəhərinə qədər olan düzlükdəki bölgələri işğal etməyi və Yevlax körpüsünü ələ keçirilməsi üçün təlimat verdi. Erməni və rus faşist dəstələri  6 iyun 1918-ci   il tarixində Bakıdan  yola çıxaraq toplanma yeri olan Hacıqabula doğru hərəkət etdilər. Yolları üzərindəki yaşayış məntəqələri ilə  Qazıməmməd  və ətrafındakı kəndləri talan etdilər. Bir çoxunu yandırıb məhv etdilər. Türklərin heyvanlarını və yeyəcək-içəcəklərini əllərindən aldılar. Hacıqabul stansiyasında toplanmağa başlayan Qızıl Ordu və erməni daşnak qüvvələri 10 iyundan etibarən Gəncəyə  getmək üzrə yola çıxdı. Qızıl Ordu və erməni daşnak qüvvələrinin qarşısında gürcü və türklərdən ibarət kiçik bir hərbi dəstə vardı. Bu dəstəyə gürcü əsilli Maqalov komandirlik edirdi.  Birləşmiş qüvvələr 11 iyunda Sığırlı  stansiyasını ələ keçirdi. Şaumyan türk hərbi qüvvələrinin hələ hamısının Gəncəyə çatmadığını da xəbər almışdı. Gəncəli ermənilər isə o günlərdə türk əsgəri ilə toqquşma halındaydılar. Bakı Soveti komissarı lehinə olan bu durumdan faydalanmaq istəyirdi. Sığırlı stansiyasının ələ keçirilməsi Şaumyanı son dərəcə ümidləndirdi. Leninə   göndərdiyi teleqrafda hadisəni anladarkən belə demişdi:

“Hərbi qüvvələrimizin ön qüvvələri 11 iyunda Sığırlı  stansiyasını işğal etmişdir. Kəşfiyyat qolumuz isə Kərrar  stansiyası yaxınlarında top atəşinə tutulmuşdur. Hərbi qüvvələrimiz irəli hərəkət etməkdədir”.

Kürdəmirin  İşğalı 

Qızıl Ordu hərbi qüvvələrindən birinci qol BakıHacıqabul dəmir yolu boyunca qərbə doğru irəliləyərək Müsüslü stansiyasına qədər olan bölgəni nəzarət altına aldı. Digər qol isə Hacıqabuldan keçərək Kürdəmir şəhərinin önlərinə çatdı. Bölgədəki Qızıl Ordu qüvvələri burada toplanaraq, Gəncədən təxminən 150 kilometr uzaqlıqda olan Kürdəmir üzərinə hərəkət etdi. Şəhəri müdafiə etməyə çalışan Azərbaycan türklərindən ibarət milis qüvvələrinin müqaviməti bir nəticə vermədi. Qızıl Ordu və erməni faşist qüvvələri Kürdəmir ilə buradakı stansiyanı nəzarət altına aldılar. Kürdəmirdəki bolşevik qüvvələri tam mövcudlu iki piyada taboru ilə bir dəmir yolu bölüyü, iki batareya səhra topu və bir qaubitsa batareyasından ibarət idi. Kürdəmirin düşmən qüvvələrinin əlinə keçməsi Gəncə üçün böyük təhlükə ərz edirdi. Çünki dəmiryolu boyunca irəliləyərək Yevlaxa çatmaları halında Kür çayı üzərindəki körpünü nəzarət altına alıb, Gəncə yolunu kəsmələri hər an mümkün idi. Bu da Qafqaz İslam Ordusunun şərq istiqamətində Bakıya doğru irəliləməsinə qarşı ciddi bir əngəl törədə bilərdi.

 

Şamaxı, Ağsu, İsmayıllının işğalı

Bolşeviklərin və daşnakların üçüncü qolu da Bakının şimalından hərəkət etdi. Bakı-Gəncə yolu boyunca şimal-qərb istiqamətində irəliləyərək Mərəzə və Şamaxıya daxil oldular.  Sonra da Ağsu təpələrini aşaraq Ağsu qəsəbəsini işğal etdilər. Daha irəlidə olan Qaraməryəm və qərbdəki Bığır kəndi və ətrafını işğal və talan etməyə başladılar. Qafqaz Qızıl Ordu qüvvələrinin 1-ci və 3-cü diviziyaları Qaraməryəmin şimalında yerləşən İsmayıllı və ətrafındakı qəsəbə və kəndləri də ələ keçirmişdi. Qızıl Ordunun 3-cü diviziyaya bağlı qüvvələri 16 iyun səhəri bölgədəki Azərbaycan və Dağıstan türkləri ilə gürcülərdən ibarət milislərə qarşı hücuma keçdilər. İsti bir havada yeddi saat davam edən qanlı vuruşmanın sonunda say və silah baxımından üstün olan düşmən qarşısında dayana bilməyən bu türk birliyi Göyçaya geri çəkilmək məcburiyyətində qaldı. Qızıl Ordu qüvvələri bölgədəki erməni və rus kəndlərindən də gücləndirici qüvvə, silah, yemək və su təmin etməyə başladılar.

Nuru Paşa – Osmanlı ordusunun generalı, Qafqaz İslam Ordusunun  komandanı

Nuru paşa  Gəncə üçün əsl təhlükənin Göyçay yaxınlıqlarındakı Qızıl Ordu qüvvələrindən gələcəyini hesabladı. Çünki Göyçay bölgəsində aparılan müharibələr, Qızıl Ordunun Azərbaycandan qovulması və ölkənin müstəqilliyini qazanması yolunda bir dönüm nöqtəsini təşkil etmişdi.

5-ci Qafqaz piyada diviziyasının bütün qüvvələri hələ Gəncəyə çatmamışdı. 10-cu Qafqaz alayı Qarakilsə-Dilican  yolunu yeriyərək keçmiş və Qazax  yaxınlığındakı Ağstafaya  daxil olmuşdu. Bakıdan çıxıb şimaldan irəliləyən Qızıl Ordu qüvvələrinə qarşı qoymaq üçün bölgəyə yeni gələn 10-cu Qafqaz alayı uzun bir yol gələrək Azərbaycan torpaqlarına yeni girmiş olmasına rəğmən, Mehmetçik dincəlməyə belə vaxt tapmadan Ağstafadan qatara mindirildi və Ucara  göndərildi. Oradan da 15 iyunda Göyçaya çatdı. Türk Qafqaz İslam Ordusu qərargah rəisi yarbay Nazim bəy komandanı ələ almaq üçün Müsüslü və Kürdəmir cəbhəsinə göndərildi. Yarbay Osman bəy komandasındakı 10-cu Qafqaz alayı isə Göyçaya çatdıqdan sonra Qaraməryəm  qəsəbəsində olan Qızıl Ordunun qarşısında cəbhədəki yerini aldı. Osman bəy 10-cu alaya bağlı 30-cu taboru Sultankənd, Mollaishaqlı və Veysəlli  kəndləri ətrafında olan erməni quldur dəstələrini bölgədən uzaqlaşdırmaqla vəzifələndirildi. 30-cu taborun şiddətli hücumu nəticəsində erməni dəstələri Qalakər  kəndinə doğru qaçdı.

Müsüslüdə  olan Türk Qafqaz İslam Ordusu qərargah rəisi yarbay Nazim bəy Osman bəyə bolşevik qüvvələrinə qarşı bir kəşfiyyat hücumu aparması üçün təlimat verdi. Osman bəyin əmrinə görə 28-ci tabor Qaraməryəmin qərbindəki düşmən qüvvələrinə qarşı 17 iyunda hərəkətə keçdi. Yol boyu irəliləyən 28-ci tabor lazımi tədbirləri vaxtında almadığı üçün bolşeviklərin pusqusuna düşdü. Cəbhədən və yandan düşmən təcavüzünə uğradı. Bir an çaşqınlıq keçirdi və məğlub olaraq geri çəkilmək məcburiyyətində qaldı.

Durumun təhlükəli bir hal aldığını görən Osman bəy 28-ci taboru yandan qorumaq üçün 30-cu taboru hərəkətə keçirdi, 29-cu taboru da yardıma göndərdi, ancaq son dərəcə dik vadilərin və təpələrin olduğu bölgədə bu qüvvələr də bolşevik qüvvələrin hücumuna uğradı. İki tərəfdən də mühasirəyə alınan 29-cu tabor olduqca qanlı müharibədən sonra Veysəlli  kəndinə çəkilə bildi.

Tərəflər gün boyunca isti havada aparılan bu müharibədə bir-birinə üstün gələ bilmədi və axşam qaranlıq düşdükdə vuruşmalara ara verdilər və mövqelərinə çəkildilər. Türk Qafqaz İslam Ordusunun Azərbaycandakı  bu ilk ciddi savaşı Qaraməryəm yaxınlıqlarında uğursuzluqla nəticələndi. Qızıl Orduya bağlı 3-cü diviziyanın və onun başındakı Hamazaspın əhvalı isə olduqca yüksəlmişdi. Beləcə işğal altındakı Qaraməryəmdə daha da gücləndilər və Göyçaya hücum üçün bəzi önəmli mövqeləri ələ keçirdilər.

10-cu Qafqaz alayı komandiri kurmay yarbay Osman bəyə, düşmənin Göyçay üzərinə yeriməsini əngəlləmək üçün Qaraməryəm yaxınlıqlarında onların başını qatmaq vəzifəsi verilmişdi.  Osman bəy Gəncədən  gələcək əsl qüvvələrin cəbhəyə çatmasını gözləməmişdi. Müsüslüdə olan Qafqaz İslam Ordusu kurmay başkanı Nazim bəy ilə birlikdə öz təşəbbüsləri ilə komandan Nuru paşadan izin almadan Qızıl Ordu qüvvələrinə qarçı kəşfiyyat hücumu aparılmasına qərar vermişdilər. Bu ciddi müharibədə qabaqcıl kəşfiyyat qollarından istifadə etmədən və düşmənin gücü və mövqeləri haqqında kifayət qədər bilgi toplamadan yürüş etmişdilər. Hücum anında ehtiyat qüvvələri də buraxılmamışdı. Bütün bunlarla bərabər, türk ordusunun bu cür savaşlarda sıx istifadə etdiyi yandan hücum və düşmən arxasına uzanma taktikaları da tətbiq olunmamışdı.

Qızıl Ordunun 28-ci tabora qarşı tətbiq etdiyi pusqu və cəbhə hücumu qarşısında alınan uğursuzluq, 10-cu alayda böyük çaşqınlığa yol açdı

Bolşevik Qızıl Ordu qüvvələri ilə aparılan Qaraməryəm yaxınlıqlarındakı bu ilk savaşda türk ordusu 200 şəhid verdi. Yaralıların sayı isə 156 idi. Şəhidlər arasında 28-ci tabordan ehtiyat teyməni Lütfü əfəndi, 29-cu tabordan kiçik teymən İsmayıl Hakkı və teymən Zəki əfəndilər ilə 30-cu tabordan teymən Kazım və İbrahim əfəndilər şəhid oldu. 2 top və 41 top mərmisi, 2 avtomat tüfəng ilə çox sayda piyada tüfəngi, bunlara aid mərmi və süngü də düşmənin əlinə keçdi.

Qafqaz İslam Ordusunun ikinci həmləsi

Nuru paşa bu məğlubiyyətdən sonra Azərbaycanlı türklərdən ibarət hərbi qüvvələrin komandanı general Əliağa Şıxlinski  və 5-ci Qafqaz piyada diviziyası qərargah rəisi Rüştü bəy ilə birlikdə 18 iyun 1918-ci ildə Gəncədən  cəbhəyə hərəkət edərək Müsüslü  stansiyasına çatdılar. Orada Qafqaz İslam Ordusu  Qərargah rəisi Nazim bəy və Veysəllidəki 29-cu tabor komandirindən Qaraməryəm savaşı haqqında bilgi aldılar. Nuru paşa və yanındakılar Müsüslüdən Göyçaya keçdilər. Burada 10-cu Qafqaz alayı komandiri yarbay Osman bəy ilə apardıqları görüşmədə savaşın gedişi haqqında vəziyyəti dəyərləndirdilər. Türk kurmay heyəti 200 şəhid və 156 yaralı ilə 2 topun itkisini ciddi bir hadisə olaraq dəyərləndirdi. Nuru paşa və yanındakılar cəbhə xəttini və hərbi qüvvələrin nizamını vaxt itirmədən yenidən qurdular. Ətrafdan gələn kəşfiyyat bilgilərini də hamısı birlikdə analiz etdilər.

Qafqaz İslam Ordusu

Bu bilgilərə görə bolşevik Qızıl Ordu hərbi qüvvələri Bakıdan Qaraməryəmə gedərkən ətrafdakı 50-dən artıq kəndi yandırmış, bölgədə yaşayan türkləri öldürmüşdülər. At, araba və başqa tapa bildikləri vasitələrlə və ya piyada evlərini, ocaqlarını tərk edənlər, canlarını qurtara bilənlər isə Göyçay və ətrafındakı qəsəbə və kəndlərə sığınmışdılar. Şamaxı, İsmayıllı və ətrafdakı qəsəbə və kəndlərdən qaçaraq, Göyçay, Ağdaş və Yevlax ətrafına sığınan türklərin sayı bir həftə içində 400 mini keçmişdi.

Qızıl Ordu qüvvələri ətrafdakı erməni və rusların da qatılması ilə 30 min nəfərlik bir heyətə sahib olmuşdu. Sayca bu qədər üstün, silah baxımından yaxşı təchiz olunmuş, yemək və su təmini baxımından bir sıxıntı çəkməyən düşmənə qarşı yalnız 5-ci Qafqaz piyada diviziyasının qarşı gəlməsi imkansızdı. Üstəlik 5-ci Qafqaz piyada diviziyasının bütün qüvvələri də hələ Gəncəyə çata bilməmişdi.

Nuru paşa Qafqaz İslam Ordusunun qurulması əsnasında Azərbaycanlı türklərdən böyük qatılım olacağını düşünmüşdü. Ancaq bu gözləntilər boşa çıxmışdı. Orduya qatılan az sayda milislərdən də umulan fayda təmin edilə bilməmişdi. Nuru paşa bu təsbitlərdən sonra Göyçayda xalqa xitabən tənbeh dolu bir çıxış etdi. Osmanlı dövlətinin, öz vətəninin ehtiyacı olmasına rəğmən qardaş Azərbaycanı və burada yaşayan türkləri düşmən çəkməsindən qurtarmaq üçün Qafqaza əsgər göndərdiyini anlatdı. Bu orduya hər kəsin könüllü olaraq qatılması və can-başla xidmət etməsi lazım gəldiyini, ancaq bunu hələ görə bilmədiyini bildirdi. Paşa çıxışında Mehmetçiyin yandırıcı istidə düşmənə qarşı var gücü ilə savaşdığını bildirərək dedi:

“Bu şiddətli istidə savaşan əsgərlərimizdən bir çoxu susuzluqdan ölmüşdür. Madam ki, könüllü olaraq orduya qatılmırsınız, heç olmazsa bu əsgərə yemək və su daşıyaraq yardım etməniz lazımdır”.

Nuru paşanın Göyçay  ilə ətraf qəsəbə və kəndlərdə yaşayan ağsaqqal və ağıllı adamlarla apardığı görüşmələrin nəticəsində Azərbaycan türklərindən könüllülər toplanmağa başladı. Göyçay, Ağdaş, Yevlax  hətta Bərdə ətrafından toplanan gənclər və əli silah tutanlar qısa müddətdə cəbhə xəttindəki yerlərini almaq üçün hərbi təlimə cəlb olundu.

Qafqaz İslam Ordusu Qaraməryəm (Göyçay) cəbhəsinə hərəkət edərkən

Nuru paşa və Şərq Orduları Komandanlığı tərəfindən 27 iyun və 1 iyul 1918-ci ildə İstanbula göndərilən raportlarda Azərbaycandakı  durum acı bir şəkildə ortaya qoyulur və belə deyilirdi:

“Yeni qurulmağa çalışılan Qafqaq İslam Ordusu çalışmalarından bir nəticə əldə edilmir. Buradakı türk gənclərindən silah altına ən az 30 min nəfərin toplanacağını ümid edirdik. Buna qarşılıq hərbiyə qatılanların sayı 37 nəfərdir. Bu şərtlər altında Bakı məsələsini öz başımıza həll edə bilmək üçün Qafqaza daha bir diviziya göndərilməsi uyğun olacaqdır. Buradakı müsəlmanlar çox söz söyləyir, az iş görürlər. Kef çəkən və pulu çox sevən insanlardır. Yardım və fədakarlıqlarını çox az görürük. Orduya qatılan yox deyəcək qədər azdır. Bu şərtlər altında Azərbaycanın və Bakının qurtuluşunu təmin etmək, Osmanlı dövlətinin xalq nəzərindəki etibarını qorumaq üçün daha çox gərəkli hala gəlmişdir. 5-ci diviziyanın təcili gücləndirilməyə ehtiyacı var. Əks halda durumumuz heç də yaxşı deyildir.”

Türk və Qızıl Ordu qüvvələri, Göyçay-Qaraməryəm   cəbhə xəttində bir müddət qarşılıqlı müdafiədə qaldılar. Türk Qafqaz İslam Ordusu Komandanlığı Qərargahı və Nuru paşa erməni və rus faşistlərinə  qarşı hücumun 28 iyunda aparılmasına qərar verdi.

Türk topşu heyəti

Hücum hazırlıqlarının son dərəcə gizli aparılmasına rəğmən, Qızıl Ordu qüvvələrinin görülən işlərdən xəbərdar olduğu bilinir. Bolşevik və erməni faşistləri 27 iyunda  üç tabor piyada ilə səhər tezdən hücum etdi. Düşmən qüvvələri Göyçay-Qaraməryəm  yolunun şimalındakı 10-cu Qafqaz alayına şimal tərəfdən və arxadan təcavüz etdilər.  Cənubda yerləşən Müsüslüdə  isə göstəriş hücumu etdilər. 10-cu Qafqaz alayının əmrinə verilən diviziya ehtiyatı 25-ci tabor və nizami 2-ci süvari alayının da savaşa qatılması ilə şimaldakı bu təhlükə qısa müddətdə aradan qaldırıldı.  Alayın hər pilləsindəki komandirlər, Qaraməryəm – Göyçay yolu boyunca irəliləyən düşmənin atəşinə qarşılıq olaraq, cəbhədən və yandan müdafiə edərək, ciddi bir müqavimət və qərarlılıq göstərdilər. Bolşeviklərin taktika və manevralarını vaxtında sezərək, müharibənin gedişini dəyişdilər və düşmənin qarşısını aldılar.

Qaraməryəmin azad edilməsi

10-cu alayın qüvvələri qarşı hücuma keçərək bolşevik-erməni qüvvələrini səhərki mövqelərindən təxminən 3 kilometr geriyə atdı.  5-ci Qafqaz piyada diviziyası Azərbaycan  torpaqlarında ilk dəfə 29 iyunda  birgə hücuma hazırlaşırdı. Hücum 10-cu və 13-cü Qafqaz alayları ilə aparılacaq, nizami 2-ci süvari alayı da düşmənin sol yan və arxasına Qaraməryəm istiqamətində axın edərək, düşmənin qaçmasına əngəl olacaqdı. Səhər tezdən başlayan hücumda komandirləri ən çox düşündürən içməli su və məhdud olan cəbbəxana idi.

Günorta saatlarında havanın isti olması səbəbindən, hər iki tərəfin hərəkət qabiliyyəti qalmırdı. Ona görə də tərəflər vuruşmaya ara verirdilər. Türk əsgərlərinin içməli suyu arabalarla Göyçaydan  gətirilirdi. Cəbbəxanası da məhdud idi. Bu üzdən daha çox atəş açmaq əvəzinə süngü taxaraq savaşırdılar. Susuzluq isə günortadan sonra kəskin həddə çatmışdı.  Günün sonunda Qaraməryəmin qərbi tamamən, şimal-şərqi də qismən türk hərbi qüvvələrinin əlinə keçmişdi. Qaraməryəmdə yerləşən Qızıl Ordu qüvvələrinin qərbində düzənlik var idi. Bu istiqamətdən tamamən sıxışdırılmışdılar. Şərq istiqamətində isə Ağsu var idi. Ağsu qəsəbəsinin düz arxasında isə dik təpələr yüksəlirdi. Düşmənin qaçış yolları ciddi mənada kəsilmişdi. Bu üzdən axşama doğru Qaraməryəmin şərqindəki təpələrə doğru çəkildilər. Beləliklə Qaraməryəmin şərqi tamamən türk hərbi qüvvələrinin əlinə keçdi.

Qızıl Ordunun səhər etdiyi ani hücum qarşısında bir an çaşqınlıq yaşayan 10-cu alay qısa müddətdə toparlanmış və düşməni geri oturtduqdan sonra irəli gedərək, yeni mövqelər də ələ keçirmişdi. Bu uğur cəbhə xəttindəki türk qüvvələrinin əhvalını olduqca yüksəltmişdi. Bu savaşda Müsüslüdən gətirilən Həbib Səlimovun komandasındakı Azərbaycan könüllü süvari birliyinin də böyük qatqısı olmuşdu.

Göyçayın azad edilməsi

Qızıl Ordu hərbi qüvvələri qərb və cəbhə istiqamətindən hücum imkanı qalmadığını və arxalarında da dağlar olduğunu görüncə, 5-ci Qafqaz piyada diviziyasının sol tərəfindən arxasına doğru, o bölgədəki erməni və rus kəndlərinin də yardımı ilə gecədən istifadə edərək şimaldan bir hücum hərəkatına girişdilər.  Bu bölgənin olduqca eniş-yoxuşlu bir ərazi quruluşu var idi. 30 iyunda düşmən səhərə yaxın min nəfərlik piyada, iki top və iki avtomat tüfənglə Göyçaya  basqın etdilər.  Göyçay sakini Mehdiyev Əlicabbar Ağa oğlu, hadisələri belə xatırlayırdı: “Səhər tezdən top atəşinin səsinə oyandıq. Əhali vahimə içərisində idi. Rayonu müdafiə edən qüvvə az idi. Buna baxmayaraq onlar kiçik bir dəstə ilə düşmənin çoxsaylı qüvvəsinin qarşısında mərdliklə dayana bildilər. İnsanlar yaba, bel, dəhrə ilə silahlanaraq düşmənin hücümünun qarşısını almaq üçün ön xəttə atıldılar. Türklər və süvarilər vaxtında yetişdilər. Türklər dəqiq topşu atəşi ilə düşmənin mövqelərini dağıtdılar. Süvarilərin hücumundan sonra düşmən dabanlarına tüpürüb qaçdı”.

Erməni əsilli Əmirov komandasındakı bolşevik qüvvələri  Pəzəvənd və Kırdadut kəndlərindən hərəkata başladı. Topçu və avtomat tüfəng atışları ilə Göyçaya doğru hərəkət edirdilər. Xalq təlaş içində Ucar istiqamətində qaçırdı. Bu arada Göyçayda nizamlı bir hərbi qüvvə yox idi. Çox təhlükəli bir durum ortaya çıxmışdı. O gecə Göyçay süvari alayının komandanı yüzbaşı Qurban Vahad oğlu  və Qazaxdan Gəncəyə  yeni gəlmiş olan könüllü süvari birliyinin başına öz təşəbbüsü ilə keçən minbaşı Əhməd Həmdi bəy ilə birgə şəhərin şimalına doğru hərəkət etdi. Bu arada Qərargah başqanı Qaraməryəm cəbhəsindəki 25-ci tabora telefonla xəbər verərək Göyçayın yardımına tələsməyi əmr etdi. Ağdaş ərazisi komandiri minbaşı İhsan bəyə də əmr verərək, əlindəki bütün qüvvələrlə yardıma gəlməsini istədi.  Əhməd Həmdi bəyin idarə etdiyi Azərbaycan süvari milisləri bolşeviklərə qarşı ləngitmə taktikası aparırdılar, ancaq davam gətirə bilmədilər və səhər saat 07.00 radələrində tamamən dağıldılar.

Göyçay süvari alayı

Qaraməryəm cəbhəsindəki 25-ci piyada taboru və bəzi milis qüvvələri Göyçaya çatmışdı. Göyçayın alınmaq üzrə olduğunu və cəbhənin arxadan mühasirə təhlükəsi olduğunu görən Nuru paşa Qaraməryəm ilə Ağdaş ətrafındakı bəzi qüvvələri ilə Göyçaydakı bolşeviklərin üzərinə göndərdi. Poylu stansiyasında yerləşən 9-cu Qafqaz alayı komandiri Cəmil Cahid bəy ilə Şəki və Zaqatala bölgəsindəki albay (polkovnik) Yusif bəyə dəstələri ilə Göyçaya hərəkət etmələrini əmr etdi. Topçu və avtomat tüfəng dəstəyindəki 25-ci piyada taboru Ağdaş milis və piyada bölüyü, bolşevik qüvvələrini Göyçaya girmədən mühasirəyə aldı. Şəhərin talan və məhv edilməsinin qarşısı alındı və əks hücuma keçilərək düşmənin böyük hissəsi məhv edildi. Göyçayı talan etmə imkanı tapa bilməyən erməni- bolşevik faşistləri gəldikləri yol ilə  Pəzəvənd, Kırdadut və İvanovkadan Qaraməryəmə doğru məğlub halda qaçdılar. Bu zaman 13-cü Qafqaz alayı da cəbhədən hücuma keçmişdi. Bundan sonra əsas bir təqibə girişən 5-ci Qafqaz piyada diviziyası, bolşevik rus və erməni daşnak qüvvələrinə böyük itkilər verdirdi. Bu müvəffəqiyyət cəbhə hakimiyyətinin 5-ci Qafqaz piyada diviziyasının əlinə keçməsini təmin etdi. O biri qüvvələrin də şiddətli hücuma başlamasından sonra bolşeviklər Qaraməryəmdə də davam gətirə bilməyərək, məğlub halda şərq istiqamətində qaçmağa başladılar.

Göyçay və Qaraməryəm savaşlarında Qızıl Ordu qüvvələrindən çox sayda silah və sursat ələ keçirildi. Ağdaş, Göyçay, Qaraməryəm və İsmayıllı ilə bölgədəki qəsəbə və kəndlərdə yaşayan erməni və ruslar qəti olaraq itaət altına alındı. Əllərindəki silahlar da toplandı.

Göyçay savaşında şəhid olan türk əsgərlərinin böyük bir hissəsi ilə yaralılar Gəncəyə aparıldı. Şəhidlər Gəncə ilə daha Şimal-qərbdəki Xanlar və Goranboy qəbiristanlıqlarında dəfn edildi. Bəzi şəhidlər isə İslam adət-ənənəsinə uyğun olaraq qanlı libasları ilə və şəhid olduqları yerdə dərhal o gün torpağa tapırıldı. Bu məzarlardan bəziləri Göyçay, Qaraməryəm, Bığır və İsmayıllı bölgələrindədir. Türk əsgəri Anadolunun bağrından qopub, Qaf dağından yüksələn imdad fəryadına yardıma gəlmiş və özlərinə heç də yabançı olmayan bir başqa vətən torpağının qara bağrında əbədi yuxuya getmişdilər.

Türk Qafqaz İslam Ordusu Göyçay  yaxınlarında savaşarkən, çarlıq tərəfdarı rus kazakı albay (polkovnik) Biçeraxov, 1500 tərkibli hərbi qüvvəsi ilə bərabər, Ənzəlidən gəmilərlə hərəkət etdi və 2 iyul 1918-ci ildə Bakının cənubundakı Ələt qəsəbəsində quruya çıxdı. Şaumyan ilə görüşüb, cəbhə bölgəsində araşdırmalar apardılar. Biçeraxov 6 iyulda da rus bolşevik-erməni daşnak qüvvələrinin komandanlığına gətirildi. Rus-erməni birləşmiş qüvvələrində cəbhənin sağ qanadının komandiri isə Korqanov idi.  Türk Qafqaz İslam Ordusu komandiri Nuru paşa erməni daşnak və rus bolşeviklərin ruslardan və ətrafdakı erməni kəndlərindən davamlı dəstək alaraq, arxadan və yandan basqın şəklindəki hücumlara qalxmalarının ordu üçün təhlükə törətdiyini düşünürdü. Bu hücumların davam etməsi halında 5-ci Qafqaz piyada diviziyasının böyük təhlükə altında olacağından əndişələnirdi. Bakının mövcud qüvvələrlə ələ keçirilə bilməyəcəyi qənaətinin qüvvətlənməsi səbəbiylə Şərq Orduları Qrupu Komandanlığından bir dəfə də dəstək istəməyə qərar verdi.

Göyçay Savaşının siyasi və hərbi nəticələri

Qafqaz İslam Ordusunun bağlı 5-ci Qafqaz piyada diviziyası başkomandan vəkili Ənvər paşa da gücləndirici qüvvə göndərilməsi ilə bağlı cəbhədən gələn raportları dəyərləndirirdi. Osmanlı dövləti ilə müttəfiq olan Almaniya türk əsgərinin Bakıya girməsinə qarşı çıxırdı. Ənvər paşa isə almanları ləngitməyə çalışırdı.

Başkomandan vəkili Ənvər paşa  Şərq Orduları Qrupu Komandanlığına 26 iyun 1918-ci il tarixində göndərdiyi açıq əmrdə deyirdi:

“Bakı üzərinə irəliləmənin Bakıdakı neft qaynaqlarının bolşeviklər tərəfindən məhv edilməsi təhlükəsini doğuracağından ümumi hərb sövq və idarəsi baxımından nə bahasına olursa olsun bundan qaçınmaq lazımdır. Bu səbəblə 5-ci Qafqaz piyada diviziyasının mənim razılığım olmadan kəskinliklə Bakı üzərinə hücum etməməsini əmr edirəm”

Başkomandan vəkili Nuru paşaya göndərdiyi açıq əmrdə isə deyirdi:

“Sizə yardım göndərmək qabil deyildir. Vəzifənizin Bakı üzərinə getmək olmayıb, qüvvələrinizi cəmləşdirərək, bolşeviklərin Gəncə üzərinə hərəkətinin qarşısını almaq olduğunu bir daha təkrar edirəm”

Ənvər paşa Şərq Orduları Qrupu Komandanlığına göndərdiyi açıq əmrdə qeyd edirdi:

“Məndən izin alınmadan Nuru paşaya heç bir əlavə qüvvə göndərməmənizi, Nuru paşa üçün yola çıxarılan qüvvələri də geri almanızı rica edirəm. Əvvəlcə bildirildiyi kimi Nuru paşa qüvvələrini cəmləşdirəcək və yalnız bolşeviklərin irəliləməsinə mane olmaqla kifayətlənəcəkdir”

Ənvər paşa Şərq Orduları Qrupu Komandanlığına yardım barədə göndərdiyi gizli əmrdə isə “38-ci piyada alayı ilə bir dağ topçu taborunu Qazax şossesi ilə Nuru paşaya yardıma göndərdiyini” bildirərək, komandiri xüsusi olaraq məlumatlandırmışdı.  Ənvər paşa, bir tərəfdən türk əsgərinin Bakı üzərinə hücum etməyəcəyi məsələsində almanları inandırmağa çalışırdı, o biri tərəfdən də Nuru paşaya gizli əmrlər göndərərək Bakının ən qısa müddətdə ələ keçirilməsi üçün təlimat verirdi. Həmçinin Ənvər paşa 1-2 iyul 1918-ci ildə Şərq Orduları Qrupu komandan vəkili Əsad paşaya “şəxsi” qeydi ilə yazdığı əmrdə Hərbiyyə hərəkat şöbə müdiri Feldmanın son savaş durumunu görmək və yerində araşdırmalar aparmaq üçün bir gəmi ilə Batuma hərəkət etdiyini və Tiflisdə Almaniyanın  təmsilçisi ilə görüşəcəyini bildirərək, başkomandan vəkilindən göndərilən əmrlərdən ona heç bir şəkildə bəhs edilməməsini və çox gizli tutulmasını istədi.

İstanbulla xəbərləşmə məsələsində bəzi sıxıntılarla qarşılaşa biləcəyini bildirərək, Bakının ən qısa müddətdə ələ keçirilməsi üçün lazım gələn əsgər, silah, sursat, cəbbəxana və pulun Nuru paşaya istədiyi qədər verilməsini əmr etdi. Ənvər paşa  davam edərək belə dedi:

“Xülasə, Nuru paşanın  və Gəncədəki  qüvvələrimizin mümkün olan əlavə əsgər, silah və cəbbəxana ilə gücləndirilməsi işinə, vaxt keçirmədən, Feldmanın gəlməsi ilə durum çox çətin bir hal almadan, mümkün olduğu qədər sürətlə önəm verilməsini və sizə şəxsi və gizli olaraq yazdıqlarımın eyni şəkildə Nuru paşaya da bildirilməsini və almanlara hiss etdirilməsi qəti doğru olmayan bu xəbərləşmə tərzinin, sizin tərəfinizdən və Nuru paşa tərəfindən də mənimsənilməsinin lazımi şəxslərə xəbər verilməsini rica edirəm.”

Sovet İttifaqı dövründə Göyçay savaşını araşdıran bəzi tarixçilər türk hərbi qüvvələrinin sayı baxımından Qızıl Orduya qarşı açıq bir üstünlüyü olduğunu bildirirlər. Lakin Dr. Mustafa Görüryılmaz qeyd edir ki, mövcud sənədlərə görə bu görüş doğru deyildir. “Savaşın başladığı dövrdə Azərbaycana çatan türk hərbi qüvvələrinin sayı beş min belə deyildi. Qızıl Ordu qüvvələrinin sayı isə erməni dəstələrin qatılması ilə 30 mini aşmışdı.”

Şaumyan və ona bağlı Qızıl Ordu qüvvələri hər şeydən əvvəl Azərbaycan  torpaqlarında yaşayan yerli xalqdan təşkil edilməmişdi. Çar Rusiyası ordularında xidmət edən zabit və əsgərlərdən təşkil olunmuşdu. Daşnak qüvvələri isə böyük çoxluğu Şərqi Anadolu bölgəsi və qismən də bugünkü Ermənistan və Azərbaycanda  yaşayan ermənilərdən ibarət idi. Erməni daşnak qüvvələri təxminən 3 ildir rus ordusunun zabitləri nəzarətində təlim görmüş və savaşlara qatılaraq nizamlı hərbi dəstələr halına gəlmişdilər.

Şaumyan Leninə   göndərdiyi teleqrafda rus bolşevik-erməni daşnak hərbi qüvvələrinin Göyçay savaşında üstün bir səy göstərdiyini, ancaq ordunu idarə edən komandirlərin son dərəcə qorxaq davrandıqlarını bildirdi. Bundan başqa ingilis gizli xidmətinin ordu içində bolşeviklər əleyhinə apardığı təbliğatın da təsiri olduğunu bildirdi. Ənzəlidən gəmilərlə hərəkət edərək Ələt stansiyası yaxınlığında quruya çıxan çarlıq tərəfdarı rus kazakı albay Biçeraxovun qüvvələri də Kürdəmir müharibəsində iştirak etmişdi. Rus kazakları ağır bir məğlubiyyətə uğramışdı. Biçeraxov 300-ə yaxın adamını savaş meydanında qoyaraq Bakıya qaçmışdı. Birləşmiş düşmən qüvvələrinə komandirlik etdiyi bu qısa müddətdə Biçeraxov heç bir uğur əldə edə bilmədi. Böyük ümidlərlə gəldiyi Kürdəmir  cəbhəsindən zərərlə ayrıldı. Türk hərbi qüvvələrinin qarşısında məğlubiyyətə uğradı və komandirlik vəzifəsini 22 iyuldan etibarən erməni əsilli Avetisova vermək məcburiyyətində qaldı.

Osmanlı qoşunları Bakının azad olunması üçün həyata keçirdikləri hərbi əməliyyatlarda 1130 şəhid verdilər. Azərbaycan növbəti dəfə müstəqillik qazandıqdan sonra hər il sentyabrın 15-də təkcə Bakıda deyil, Şamaxıda, Göyçayda və digər rayonlarda ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan türk əsgərlərinin məzarları dövlət səviyyəsində ziyarət olunur. Hər il Şəhidlər xiyabanında türk əsgərlərinin xatirəsinə ucaldılmış abidənin önündə anma mərasimi keçirlir. Aradan uzun illər keçməsinə baxmayaraq Türkiyə Ordusu tərəfindən göstərilən qardaşlıq köməyi heç vaxt unudulmayacaq, Azərbaycan xalqı tərəfindən daim minnətdarlıq hissi ilə xatırlanacaq.

Vahidov Qurban – İRƏVAN TÜRK CUMHURİYYƏTİ MİLLƏT ŞURASI və STRATEJİ ARAŞDIRMALAR  KOMİSSİYASININ üzvü. Araşdırmaçı-analitik

Ədəbiyyat

  1. Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, Hərbi nəşriyyat, Bakı,1999, s.189 – 190
  2. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 37-38
  3. Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 191
  4. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 557
  5. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 557
  6. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 38
  7. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 558
  8. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 558
  9. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 33-35-38
  10. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 44-45
  11. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 45
  12. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 558
  13. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 46
  14. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 559
  15. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 46-47
  16. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 557
  17. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 47
  18. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 48
  19. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 559
  20. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006, səh 138
  21. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 559
  22. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 53-54
  23. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 59
  24. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c., s. 560
  25. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 59-60
  26. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 560
  27. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 62
  28. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 64
  29. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 64
  30. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 561
  31. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 68
  32. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 69
  33. Rüşdü, Böyük Hərbdə Bakı yollarında, s. 69 – 70 – 72 -73 – 79
  34. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 561
  35. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, Qismət, 2006, səh 172
  36. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, Qismət, 2006, səh 173
  37. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, Qismət, 2006, səh 175
  38. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 563
  39. Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II c, s. 564
  40. Mustafa Görüryılmaz – Qafqaz İslam Ordusu və ermənilər, Bakı, 2006, səh 179
  41. Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 242.
  42. Süleymanov, Qafqaz İslam Ordusu və Azərbaycan, s. 246

Real vaxt yeniləmələrini birbaşa cihazınızda əldə edin, indi abunə olun.

23 Comments
  1. Jamesitace says

    https://over-the-counter-drug.com/# over the counter stocks

  2. ThomasRuh says

    https://doxycycline.science/# doxycycline tetracycline

  3. ThomasRuh says

    https://amoxil.science/# amoxicillin without prescription

  4. Ronaldrip says

    Drug information. earch our drug database.
    stromectol 6 mg tablet
    earch our drug database. Drugs information sheet.

  5. KevinDem says

    Medscape Drugs & Diseases. drug information and news for professionals and consumers.
    ivermectin price
    Drugs information sheet. Everything information about medication.

  6. JesseKar says

    Get information now. Some trends of drugs.
    https://stromectolst.com/# ivermectin 1 cream generic
    Read information now. What side effects can this medication cause?

  7. Jamesbit says

    Everything what you want to know about pills. earch our drug database.
    stromectol buy
    Read information now. Read information now.

  8. Ronaldrip says

    Read here. Cautions.
    stromectol medication
    Best and news about drug. Everything information about medication.

  9. KevinDem says

    Some trends of drugs. Long-Term Effects.
    https://stromectolst.com/# ivermectin lotion
    earch our drug database. Long-Term Effects.

  10. ZacharySex says

    п»їMedicament prescribing information. What side effects can this medication cause?
    https://stromectolst.com/# ivermectin 400 mg brands
    All trends of medicament. Prescription Drug Information, Interactions & Side.

  11. KevinDem says

    earch our drug database. Top 100 Searched Drugs.
    ivermectin 5
    Medicament prescribing information. Read information now.

  12. ZacharySex says

    Long-Term Effects. Comprehensive side effect and adverse reaction information.
    https://stromectolst.com/# ivermectin 4
    All trends of medicament. Top 100 Searched Drugs.

  13. KevinDem says

    Medscape Drugs & Diseases. Read here.
    ivermectin 12
    Definitive journal of drugs and therapeutics. Some trends of drugs.

  14. Ronaldrip says

    drug information and news for professionals and consumers. Medscape Drugs & Diseases.
    stromectol south africa
    Definitive journal of drugs and therapeutics. safe and effective drugs are available.

  15. JesseKar says

    Read now. Get information now.
    https://stromectolst.com/# stromectol pill
    Best and news about drug. Everything what you want to know about pills.

  16. KevinDem says

    Top 100 Searched Drugs. Long-Term Effects.
    stromectol 3mg tablets
    drug information and news for professionals and consumers. Read now.

  17. ZacharySex says

    Everything about medicine. п»їMedicament prescribing information.
    ivermectin 2ml
    Prescription Drug Information, Interactions & Side. Generic Name.

  18. Daviddeedo says

    Everything what you want to know about pills. Commonly Used Drugs Charts.
    generic levaquin without prescription
    earch our drug database. Top 100 Searched Drugs.

  19. Donaldped says

    Top 100 Searched Drugs. Comprehensive side effect and adverse reaction information.
    can i buy nexium for sale
    Get here. Comprehensive side effect and adverse reaction information.

  20. DennisFaw says

    Comprehensive side effect and adverse reaction information. Everything information about medication.
    where can i buy propecia pill
    Learn about the side effects, dosages, and interactions. What side effects can this medication cause?

  21. Davidnog says

    Drugs information sheet. Some trends of drugs.
    where to get zithromax
    Comprehensive side effect and adverse reaction information. Generic Name.

  22. Jamesfut says

    Comprehensive side effect and adverse reaction information. Definitive journal of drugs and therapeutics.
    how to get cheap propecia price
    Long-Term Effects. Comprehensive side effect and adverse reaction information.

  23. 강남안마 says

    You’ve made some really good points there. I checked on the net for
    “강남안마”
    additional information about the issue and found most individuals will go
    along with your views on this site.

Bir cavab yazın

Your email address will not be published.