Fransalı daşnak Paşinyandan şikayət etdi
Ermənistan KİV-i xəbər verir ki, Fransanın Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri, Daşnaksütyun AXC Bürosunun üzvü Murad Papazyan Ermənistanın Baş naziri Nikol Paşinyanın “dəliliyinə” son qoymağın vaxtı çatdığını bildirib.
Daşnak Murad Papazyan Paşinyanın “dəliliyini” Ermənistanın xeyrinə çalışan “fəalların” Ermənistana girişinin qadağan edilməsi olduğunu bildirib. Papazyan hesab edir ki, bu, həm Ermənistanı, həm də onun diaspora ilə münasibətlərini zəiflədir.
“…Bu dözülməz qərarları verməklə Nikol Paşinyan əslində özünü avtoritar lider kimi təqdim etdi” – deyə daşnak iddia edir.
Papazyan əmin edir ki, bu cür hərəkətlər Ermənistanın demokratik ölkə kimi reputasiyasına mənfi təsir göstərir. Papazyan hiddətlə: “Nikol Paşinyanın demokratiyanın fundamental qaydalarını pozmağa haqqı yoxdur. Ermənistan Nikol Paşinyanın mülkü deyil. Ermənistan bütün ermənilərin evidir. Paşinyanın çılğınlığını dayandırmağın vaxtıdır”, – deyir.
Comments are closed.