Ermənistanda parlament biabırçılığı: Nikol ölümün qoxusunu hiss edir?

DİQQƏT! Ermənistan Baş nazirinin cangüdənləri ölkə parlamentinin iclas zalında müxalifətçi deputatlara xüsusi nəzarət edirlər.

Kameralar Nikol Paşinyanın təhlükəsizliyini təmin edən Təhlükəsizlik Xidməti əməkdaşlarının Milli Məclisin iclas zalına necə daxil olduğunu və sakitcə müxalifətçi deputatların başının üstünə necə yerləşdiyini qeyd edib ki, bu da müstəqil Ermənistan parlamentinin tarixində müstəsna bir hadisədir.

Görünür ki, Nikolun gözü açıq-aşkar «27 Oktyabr» hadisələrindən qorxub və indi o, nəinki parlamentin zalında, hətta öz evinin tualetində belə bənzər hadisənin bir daha təkrarlanmaması üçün belə təhlükəsizlik tədbirlərini təşkil etməyə məcbur qalır.

İSMAYIL TANRIVERDİ

BDU-nun Erməni Araşdırmaları və Təlim Mərkəzinin direktoru

Real vaxt yeniləmələrini birbaşa cihazınızda əldə edin, indi abunə olun.

Comments are closed.