Ermənistan uğursuz “kvazi” dövlətdir
Tarixi sənədlər və materiallarda “erməni məsələsinin” I Pyotrun dövründən yarandığı qeyd olunur. Pyotr Zaqafqaziyada birləşmiş erməni-gürcü çarlığı, ən pis halda müstəqil erməni qurumu yaratmağa çalışırdı.
II Yekaterina bu işləri davam etdirərək Pyotrdan sonra müxtəlif şirnikləndirici vədlər verərək məktublar göndərir, Osmanlı imperiyası və İran ermənilərini Rusiyaya dəvət etmişdir. Cənubi Qafqazda erməni bölgəsi belə yarandı.
Antanta ölkələrinin təzyiqi altında Türkiyə və Azərbaycan 1918-ci ildə Batum Sülh Konfransında Adrianopol qəzasında mərkəzi İrevan şəhəri olmaqla 9 min kv/km ərazidə Ararat (erməni) Respublikasının yaranmasına razılaşaraq Sülh Müqaviləsi imzalandı. Sülh Müqaviləsinin iki şərti gələcəkdə ermənilərin Zəngəzur və Qarabağa iddialı olmayacaqlarına və Bakıda olan 4 minlik daşnak faşist dəstələrinin çıxarılmasına zəmanət alındı. Hər zaman olduğu ermənilər verdikləri sözün və imzaladıqları müqavilənin şərtlərindən qaşaraq əməl etmədilər. Əksinə Qareqin Nde, Drastamat Kanoyan və Andranik Ozanyanın rəhbərlikləri altında faşist daşnak dəstələri Zəngəzurda 180 kəndi viran qoyaraq əhalisini qətliama, soyqırıma məruz qoymuş, sağ qalanlar isə İran və Türkiyəyə köç etmişlər.
1920-ci ildə Azərbaycan Cumhuriyyəti devrilərək Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra bolşeviklər Azərbaycan xalqının razılığı olmadan və iradəsinə zidd olaraq 1920-ci ildən 1929-cu ilə kimi daha 20 min kv/km ərazisini ermənilərə “hədiyyə” etdi.
Ermənistan (Qərbi Azərbaycan) tərəfindən Azərbaycana qarşı uzun illər ərzində əsassız ərazi iddiaları irəli sürülməklə bərabər, həm də kəskin milli, irqi və dini nifrət zəmnində işğalçılıq, etnik təmizləmə, soyqırımı, terrorçuluq siyasəti həyata keçirilmişdir.
Bunun acı nəticəsi olaraq Qərbi Azərbaycandan (indiki Ermənistan) yerli xalqın 3 (üç) dəfə 1918-1922, 1948-1953, 1988-1992-cı illər ərzində böyük köçü olmuşdur.
Azərbaycan ərazilərinin 20 faizindən çoxu 30 ilə yaxın bir dövr ərzində Ermənistan tərəfindən işğal altında saxlanılmış, bir milyona yaxın soydaşımız öz doğma ata-baba yurdlarından zorla qovularaq qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Hərbi qulluqçularla yanaşı, çoxsaylı mülki şəxslər də amansızcasına qətlə yetirilmiş və ya əlilliyə səbəb olan müxtəlif ağır xəsarətlər almış, habelə əsir və itkin düşmüş, girov götürülmüşlər.
Ermənistanın ən yaxın tarixinin 30 illik müddəti uğursuz dövlətin, baş tutmayan dövlətin salnaməsidir. Azərbaycana qarşı təcavüz, ölkə rəhbərliyinin təcrid və bacarıqsız siyasəti İrəvanı tam iflasa sürüklədi. Erməni dövlətçiliyinin tabutuna vurulan son mismar Prezident İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun Ermənistanı hərbi məğlub etməsi oldu. Paradoksal olsa da, Bakının Qarabağ uğrunda müharibədə parlaq qələbəsi həm də Ermənistanın normal həyata dönüşü üçün son şansdır.
Dövlətin uğursuzluğu anlayışı Madlen Olbrayt və başqaları tərəfindən 1990-cı illərin əvvəllərində Birləşmiş Millətlər Təşkilatında populyarlaşdı. Və hətta bundan əvvəl politoloq Robert X. Cekson “kvazi-dövlət” (həmçinin proto-dövlət kimi tanınır – tam institusionallaşmış və ya muxtar suveren dövləti təmsil etməyən siyasi qurum) terminini işlətmişdir.
“Uğursuz dövlət” anlayışları müxtəlifdir, lakin onlar daha çox dövlətin təhlükəsizlik, infrastruktur və s. kimi müsbət siyasi dəyərləri təmin edə bilməməsinə yönəlib.
Bu məsələ ilə bağlı çoxlu sayda elmi işlərin olmasına baxmayaraq, dövlət uğursuzluğunun tərifi ilə bağlı konsensus yoxdur. Ən çox qəbul edilən tərif müflisliyi “dövlətin əsas funksiyalarının artıq yerinə yetirilmədiyi” vəziyyət kimi müəyyən edir.
Analitiklər dövlətin uğursuzluğunun bir neçə səbəbini müəyyən ediblər:
-Münaqişələrə səbəb olan resursların olmaması;
-Korrupsiya və təcrid olunmasını təşviq edən resursların bolluğu;
-Dövlətin kriminallaşmasına gətirib çıxaran müştəriçilik;
-Müasir müharibənin talan üzərində qurulmuş və zorakılıqla dəstəklənən iqtisadiyyatın yaranmasına səbəb olduğu “yeni müharibə” tezisi.
Gəlin bu tezislər əsasında Ermənistanın niyə “uğursuz dövlət” olduğunu və bunun Azərbaycanla Ermənistan arasında mövcud vəziyyətə necə təsir etdiyini izah etməyə çalışaq.
Birinci. Münaqişələrə səbəb olan resursların olmaması. Azərbaycanla Ermənistanı müqayisə etsək, insan və maliyyə resursları baxımından ölkəmizin Ermənistandan əhəmiyyətli üstünlüklərini görə bilərik. Erməni rəsmilərinin çıxışlarına görə, ermənilər uzun illər eyforiya içində olub, öz ordusunun yenilməzliyinə inanıb, eyni zamanda dövlət büdcəsini talayıb, Yunan adalarında torpaq alıblar. Azərbaycan dövləti hər il hərbi xərcləri artırırdı və ölkənin müdafiə büdcəsi bütövlükdə Ermənistanın dövlət büdcəsindən çox idi. Bu amillər münaqişəni daha da kəskinləşdirdi.
İkinci. Resursların bolluğu, korrupsiya və izolyasiyaya səbəb olur. Burada erməni diasporunun və Qərbin Ermənistana göstərdiyi maliyyə yardımından danışmaq olar. Bu illər ərzində Ermənistana axan resursların bolluğu düzgün xarici siyasət qurmaq əvəzinə, ölkəni korrupsiya yuvasına çevirib. Hər yeni hakimiyyət dövləti, xalqı yox, öz cibini düşünürdü.
Üçüncü. Dövlətin kriminallaşmasına səbəb olan klientelizm. Bu, xüsusilə terroru dövlət siyasəti səviyyəsinə çatdıran, ölkəni cinayət yuvasına çevirən Robert Köçəryan və Serj Sarkisyanın hakimiyyəti dövrü üçün xarakterik idi. Təsadüfi deyil ki, Azərbaycan prezidenti dəfələrlə bildirib ki, müharibədə Paşinyan ordusu yox, Köçəryan-Sarkisyanın ordusu məğlub olub.
Və dördüncü. Müasir müharibənin talan və zorakılığa əsaslanan iqtisadiyyatın yaranmasına səbəb olduğu “yeni müharibə” tezisi. Azərbaycan 2018-ci ildə Ermənistanda hakimiyyətə gələn hökumətdən müsbət siqnallar gözləyirdi, lakin yeni hökumət “yeni ərazilər uğrunda yeni müharibə” elan edərək danışıqlar prosesini tamamilə məhv etdi. Yeri gəlmişkən, təşəbbüsün müəllifi, keçmiş müdafiə naziri Tonoyan hazırda xüsusilə böyük miqyasda mənimsəmə ittihamı ilə istintaq altındadır. Ermənistan talan və davamlı zorakılığa əsaslanan iqtisadiyyat qurub. Və “yeni müharibə” konsepsiyası iflasa uğradı.
Uğursuz və kövrək dövlətlər (bura Ermənistan da daxildir), tez-tez ciddi daxili münaqişənin kölgəsində qalır və bu da qonşu dövlətlərdə sabitliyi poza, dövləti idarə olunmayan əraziyə və terrorçular üçün təhlükəsiz sığınacaqa çevirə bilər.
Belə ölkələrin fərqləndirici xüsusiyyətləri bunlardır:
-humanitar fəlakət;
-kütləvi miqrasiya;
-ətraf mühitin deqradasiyası;
-regional qeyri-sabitliyə səbəb olan enerji təhlükəsizliyi;
-beynəlxalq cinayət, transmilli terrorizm və s.
Bütün bunlar Ermənistanda müşahidə olunur.
Analitiklərin fikrincə, “dövlətin gücü nisbi anlayışdır və onun dövlətçiliklə bağlı əsas siyasi faydaları:
-fiziki təhlükəsizlik,
-qanuni siyasi institutlar,
-iqtisadi idarəetmə və sosial rifahı təmin etmək istəyi ilə ölçülə bilər”.
Ermənistandakı vəziyyəti təhlil etdikdən sonra əmin oluruq ki, bu ölkədə idarəetmənin bu üç sahəsinin əksəriyyətində kritik boşluqlar var.
Uğursuzluğa düçar olmuş Ermənistan dövlətinin yalnız bir çıxış yolu var – Azərbaycana qarşı ərazi iddialarından, revanşist baxışlardan əl çəkmək, keçmişə nəzər salmamaq, regionda yeni reallıqla barışmaq və gələcəyə baxmaq.
Vahidov Qurban. Araşdırmaçı – analitik. İrəvan Türk Cumhuriyyəti Millət Şurası və Strateji Araşdırmalar Komisiyasının üzvü
Comments are closed.