Ermənistan TŞ katibi: “Ermənistan Laçın dəhlizinin açılması ilə bağlı danışıqlarda iştirak etməyəcək”
Ermənistan Laçın dəhlizinin açılması ilə bağlı danışıqlara cəlb olunmayacaq, bu məsələ ilə bağlı danışıqlarda iştirak etməyəcək. 09 noyabr 2020-ci il tarixli bəyanata əsasən, Laçın dəhlizi tezliklə açılmalı və dəhlizin rahat fəaliyyəti bərpa edilməlidir. Ermənistan Münhendə və başqa yerlərdə bu xəttə sadiq qaldı. Bunu FactorTV-yə müsahibəsində Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.
O, xatırladıb ki, Ermənistan hökuməti əvvəllər üç keçid məntəqəsinin yeri barədə qərar qəbul edib, oradan kommunikasiyaların açılması mümkün olacaq.
“Bakıdan reaksiya gözləyirik. Amma ekstraterritorial kontekst müzakirə olunmayacaq, bu, Ermənistan üçün qırmızı xəttdir. Əliyev özü də bu yaxınlarda etiraf etdi ki, noyabrın 9-da verilən bəyanata görə, Ermənistan ərazisindən keçən dəhlizlə bağlı razılaşma yoxdur. Yəni, bu, onun uydurmasıdır, lakin onun ritorikası proseslərə təsir etməyib və təsir etməyəcək”, – Qriqoryan qeyd edib.
O, əmin edib ki, bu məsələ ilə bağlı heç bir şifahi razılaşma yoxdur, Ermənistan noyabrın 9-da bu ifadə çıxarılanda bəyanatları imzalayıb.
“Ermənistan dəhlizin açılmasında maraqlıdır və biz mexanizmlər təklif etmişik. Nə 9 noyabr bəyanatında, nə də Rusiya prezidentinin 10 noyabr fərmanında, Ermənistanın yolun Rusiyanın FTX-nə nəzarətə (Naxçıvandan Azərbaycana – red.) verməyi öhdəsinə götürdüyü deyilib. Bu yola Ermənistan nəzarət edəcək və FTX artıq Ermənistan tərəfindən bu öhdəliyin yerinə yetirilməsinə nəzarət edəcək”, – deyə rəsmi yekunlaşdırıb.
Comments are closed.