Erməni faşistləri əsir düşmüş və yaralı azərbaycanlıları xüsusi amansızlıqla qətlə yetiriblər!
Müasir Ermənistanda faşizmin oyanmasına diqqət yetirməyə bilmərik. Erməni faşistlərinin – keçmişi və indiki – bir məqsədi var: yer üzündə bütün türk dünyasını məhv etmək. Bunu gizlətmirlər.
Təəssüf ki, bu gün müasir Ermənistanda faşist ideologiyası getdikcə daha çox vüsət alır. Üstəlik, dövlət siyasəti səviyyəsinə qaldırılıb.
Moskva Dövlət Universitetində tələbələrlə görüşdə Ermənistanın keçmiş prezidenti Köçəryanın “azərbaycanlılarla ermənilər etnik baxımdan bir yerdə yaşaya bilməzlər” bəyan etməsini necə qiymətləndirmək olar. Hansı ki, mötəbər təhsil ocağında olan görüşdə erməni və azərbaycanlı tələbələr yan-yana oturmuşdular. Adama sual verərlər ki, “bir yerdə yaşamaq istəmirsən”, çox gözəl, buyur o zaman çemodanı yığışdır get istədiyin ölkəyə.
Ermənistanın keçmiş prezidenti Sarkisyanın sözləri isə ümumilikdə bədnam nasist cinayətkarlarının sözlərinə layiqdir: “Xocalıya qədər azərbaycanlılar düşünürdülər ki, biz dinc əhaliyə toxunmayacağıq. Biz Xocalıda bu stereotipi sındırdıq!”
On minlərlə insanın ölümünə səbəb olan erməni faşizmi məhv edilməyənə qədər Cənubi Qafqaz regionunda əmin-amanlıq, sabitlik olmyacaqdır.
Videoda erməni faşistlərinin hərbi əsirlərlə insanlıqdan uzaq rəftarı, şəhid olmuş əsgərlərimizin üzərində təhqiredici hərəkətlərin, o cümlədən şəhid olmuş əsgərlərimizin nəşinin altına mina qoyulması öz əksini tapmışdır
That is a very good tip particularly to those fresh to the blogosphere.
Simple but very accurate info Thank you for sharing this one.
A must read post!