Danilov: Ukrayna tankları Qırmızı Meydanda olanda müharibə bitəcək
Ukrayna tankları Qırmızı Meydanda olanda müharibənin sonu gələcək.
Bu barədə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) katibi Aleksiy Danilov “The Sun”a müsahibəsində bildirib.
O, həmçinin qeyd edib ki, “Rusiya Federasiyası özünü məhv etməkdədir və Putin Rusiyanı məhv edən adam kimi tarixə düşəcək”.
“Rusiya yaxın 12 ayda parçalanacaq. Bu qaçılmazdır”, – deyə o bildirib.
Bundan əlavə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının rəhbəri hesab edir ki, “Putin Hitlerin əkizidir və eyni şəkildə öləcək”.
Eyni zamanda, Danilov əmindir ki, “Kreml Rusiya Federasiyası üçün qələbə illüziyası yaratmaq üçün Ukraynanı Şimali və Cənubi Koreya kimi bölmək planı qurur”.
Mənbə: Haqqın.az
Comments are closed.