Amerika Universitetinin professoru: İrana hücumlar Ermənistan üçün ekzistensial təhlükədir

ABŞ və İsrailin İrana zərbələri Ermənistan üçün ekzistensial təhlükədir. Bu barədə Amerikanın Lehiq Universitetinin professoru, politoloq Arman Qriqoryan Ermənistan Xəbərləri (Qərbi Azərbaycan-red) News-NEWS.am kanalının “Güc faktoru” verilişində  bildirib.

Onun sözlərinə görə, Ermənistan üçün bundan ciddi təhlükə yoxdur. O, İranda sabitliyin və İrəvanla münasibətləri faktorunun Ermənistanın (Qərbi Azərbaycan-red) təhlükəsizliyi üçün çox vacib adlandırıb.

“Ermənistanla sərhədini itirəcəyi təqdirdə ciddi problemlə üzləşəcək İran Sünikdən (Zəngəzur – red) keçən dəhlizə qarşı çıxır, çünki bu, Tehrana qarşı regionda güc balansını dəyişəcək”, – Qriqoryan əlavə edib.

Ekspert hesab edir ki, Qərb dəhlizin əleyhinə deyil, Rusiyanın dəhlizə nəzarət etməsinin əleyhinədir.

“İran kontekstində ABŞ vəziyyətin gərginləşəcəyi təqdirdə Azərbaycana dəstək verməyə hazır olduğunu bəyan edib, İsrail Azərbaycanda çox fəaldır ki, bu da qismən Tehrana qarşı siyasətlə bağlıdır”.

Onun sözlərinə görə, Türkiyədə də Azərbaycanla İran arasında mümkün hərbi münaqişə ilə bağlı narahatlıq var, orada bunu istəmirlər.

Real vaxt yeniləmələrini birbaşa cihazınızda əldə edin, indi abunə olun.

Comments are closed.