“Yarımçıq qalmış oyun”
Şöhtər Eyvazov. PYES-ssenarisi. Üçüncü yazı
III səhnə
Ekranda yazılır: 24 fevral 1992-ci il.
Xankəndində olan 366-ci alayin zabiti podpolkovnik Nikolay İvanovun iş otağı. Podpolkovnik Nikolay İvanov kitelin yaxası açıq oturub. Stolun üstündə müxtəlif növ yeməklər düzülüb, işkilər qoyulub. İçəridəkilər yarısərxoş vəziyyətdə rus dilində söhbət edirlər.
Samvel: (Aşota) Ara, burda bizim nə işimiz var, mən oturmuşdum gül kimi Parisdə, Nikolayda ki, Rusiyada. Gördük ki, sizin – Qarabağa gəlmiş ermənilərin turklaran müharibə etmək fikriniz yoxdu. Hətta Marağa kəndində Qarabağa gəlməyinizin 150 illiyinə abidə də qoymuşdunuz, onu da biz partladıb məhv elədik. Dünyaya car cəkirik ki, 1500 il əvvəl Arsaxda böyük erməni xalqı olub. Bu yandan da deyirik ki, 150 il əvvəl bizi bura ruslar gətirib (gülür) sağ olsunlar! Bunu siz rusların sağlığına içirəm, ona görə ki, sizin köməyiniz olmasa bizim burdakı qardaşlarımız bu turkların öhdəsindən gələ bilməzlər. (əliylə yemək-içməyi və Asmiqi göstərir) Hər şeyimiz sizə qurban.
Asmiq nifrət dolu baxışlarla Samveli süzür. Hiss olunur onu zorla gətiriblər. Yeniyetmə qız erməni dilində nəsə pıçıldayır.
Nikolay: (Əlylə qızın çənəsindən tutur) Bu gözəlçə nə deyir?
Aşot qıza hirslə baxaraq, ermənicə danışır.
Aşot: Asmiq, sənə nə demişdim? İstəyirsən səni “Haydat” məhkəməsi gülləsin? (Nikoloya tərəf dönür və rusca davam edir) Deyir ki, sizsiz bizim bir günümüz olmasın!
Nikolay: Onda gəlin erməni gözəllərinin sağlığına içək! Bizi burda darıxmağa qoymayan onlardı.
Nikolay, Samvel və Aşot gülşürlər və içirlər.
Samvel: (Nikolayın Asmiqə əl atmasından istifadə edərək, Aşota ermənicə pıçıldayır) Deyəsən vaxtdır, sözümüzü deyək mi?
Aşot: Əsl məqamıdır.
Samvel: (Nikolaya) Əziz dost! İndi de görək, bizə sabahkı əməliyyata, Xocalıya hücuma görə necə kömək edəcəksiniz?
Nikolay: Martın birinədək çıxmalıyıq Qarabağdan. 5-6 günümüz qalıb. Alayın da yarısı sizinkilərdi. O ki, qaldı texnikaya, soldata – hamısının öz qiyməti var. Pul verin sizə lap raket verək. Elə bilməyin sərxoşam. Bu tək mənlik deyil, yuxarıların da payı var. MDB Silahlı Qüvvələrin Quru Qoşunlarının baş qəragah rəisi general-leytenant Ter-Qriyoryants da sizi tapşırır hər dəfə. Elə bilirsiz burda olanlardan MDB-nin, Moskvanın xəbəri yoxdur? Tək Moskvanın yox ey. Guya bilmirik ki, Amerikadan 150 ratsiya, Fransadan 140 avtomat, 460 zirehli jilet göndəriblər? Elə bu işləri özləri qurmayıblar?
Aşot: Ara, hər şey düzələr. Biz də müftə istəmirik ha…
Nikolay: Hə, bu başqa məsələ… Sizə necə xoşdur, elə də olsun.
Mənə isə belə xoşdur. (qolunu Asmiqin boynuna salır və onu zorla öpür)
Samvel: Gəlin bu qədəhləri də sabahkı əməliyyatın sağlığına içək! (içirlər) Biz olan yerdə turklar kimdir…
IV səhnə
Ekranda yazılır: 25.02.1992
Xocalıda kapitan Əliyevin evi. Sevda narahat halda var-gəl edir Ətrafda partlayış səsləri eşidilir. Hüseyn dayı təlaşla içəri gəlir.
Hüseyn dayı: Sevda, qızım, deyəsən döyüş lap şəhərin içiərisində gedir.
Sevda: Hüseyn dayı, mən də yaman qorxuram. Snaryad elə bil qulağımızın dibində partdıyır. Telmandan də bir xəbər yoxdur.
Bu vaxt qonşu evə top mərmsi düşür və yanmağa başlayır.
Hüseyn dayı: Gəl qızım, gəl, daha burda qalmaq olmaz. Turanı da götür şəhərdən çıxaq. Belə getsə hamımızı əsir götürəcəklər.
Sevda: (içəri girən Turanı qucaqlayaraq) Gəl, anan qurban, gəl qaçaq, Allah kərimdi.
Turan: Ana, Ana! Bəs atam, bəs atam?
Hüseyn kişi: Atan özü gələcək, gəlin, vaxt itirmək olmaz! Çıxırlar.
Ekranın sol güncündə Serj Sarkisyanın şəkli göstərilir. Aşağıdakı ifadə ermənicə deyilir və azərbaycan dilində yazılır.
“Xocalıya qədər azərbaycanlılar elə bilirdilər ki, ermənilər mülki əhaliyə əl qaldırmazlar. Biz bu streotipi dağıtdıq” Serj Sarkisyan
“Birinci yük maşınında mən 35 cəcəd saydım, və göründüyü kimi ikincisində də təxminən o qədər vardı. Bəzilərinin başı kəsilmiş, çoxu yandırılmış haldaydı”
Frederika Langen,Röytersin fotomüxbiri
V səhnə
Ekranda yazılır 26.02.1992
Hüseyn dayı, Sevda, Turan və daha bir neçə nəfər Xocalı sakini meşədə yaralı azərbaycanlı döyüşçülərlə qarşılaşırlar.
Sevda: (hərbçilərin birinə) Vaqif qardaş, Telmandan bir xəbər, Telman necə oldu?
Vaqif: (tutulur) Telman? Telmangil şəhərin o biri başında döyüşürdülər…
Turan: Vaqif əmi, niyə atamı qoyub gəldiniz? (ağlamsınır) Atam necə oldu?
Vaqif: Hüseyn dayı, bir dəqiqə məni dinlə (Hüseyn dayını kənara çəkir) Telman mühasirəyə düşdü. Amma daşnaklara təslim olmadı. Qumbara ilə özünü də partlatdı, onları da…
Sevda: (həyacanla) Hüseyn dayı, yoxsa Telmanın başında bir iş var? Yox, o bizi tək qoymaz…
Hüseyn dayı: (Sevda və Turanı bağrına basır) Qızım, təki Vətən sağ olsun! Bu vətən, bu torpaq onu unutmaz, bala!
Turan bu sözləri eşidən kimi,onların əlindən çıxıb sürətlə geriyə qaçmağa başlayır.
Turan: Mən atamsız gedən deyiləm! Mən atamı tapacam!
Sevda: (eşitdiyi xəbərin şokundan ayıla bilmir. Zəif səslə) Turan! Getmə! (ətrafdakılara yalvarışla) Kömək eləyin, onu saxlayın!
Hüseyn dayı: Sevda, qızım, Sevda!
Sevda: Turanı da itirməyim. Turanı tapın.
Yaxınlıqdan atəş səsləri gəlir.
Hüseyn dayı: (əli ilə Sevdanın ağzını tutur) Dayan bala! Hər tərəf it uşaqlarıyla doludur. Ermənilər bizi əsir götürə bilərlər. Silahımız da azdır. Güllə də qutarıb.
Ağdam istiqamətində hərəkət etməyə davam edirlər.
VI səhnə
Xocalıdan Ağdama gedən yolda olan meşədə açıq tala. Mayor Şahnəzəryan Vaqifin yanına gedir.
Şahnazaryan: Ha, Vaqifcan, dedim axı, mənim sənə bir borcum var, o vaxt şahmatı mənim dağıtdığımı desəydin akademiyadan qovulacaqdım. Dedin ki, təsadüfən olub. Onu da bu gün nəzərə alacam. İndi oynayacayıq, uduzduğun “fiqur”ları öldürəcəm. Amma, söz verirəm, oyunu udsan sağ qalan “fiqur”larını götürüb gedəcəksən.
Şahnəzəryan özü şah fiqurun yerinə keçir. Vaqif öz tərəfində piyada mövqelərinə kişiləri, arxa sıraya isə qadın və uşaqları düzür.
Şahnazaryan: Demək sən, yenə humanistlik edirsən. Elə bilirsən qadınlara sıra çatmayacaq.
Vaqif: Əsas fərqlərimizdən biri də bundadır. Siz başqalarını ələ almaq üçün ən çox qadınlarınızdan istifadə edirsiniz.
Şahnazaryan: Elə bu sözlərinə görə, mən piyadalardan çox arxadakı fiqurlarını götürəcəm.
Oyununun gedişində döyüşçülərdən bir neçəsi Vaqifə qadınların durduğu yerdən təhlükəni uzaqlaşdırmaq üçün özlərini könüllü qurban verməyə hazır olduqlarını bildidirlər. Azərbaycan tərəfdən vurulan “fiqur”ların yerində duran insanları uduzduqca yaxınlıqdakı ağaclara bağlayıb güllələyirlər. Bir neçə gedişdən sonra 4 azərbaycanlı öldürülüb.
Ekranda bu ifadə ermənicə deyilir və Azərbaycan dilində yazılır: “… və Xocalıda mən bizimkilərin törətdikləri vəhşılıkləri gördüm. Mən heç vaxt belə şey görməmişdim. Hər yerdə azərbaycanlıların meyidləri tökülüb qalmışdı” Rantik Mirzoyan, İrəvan sakini
Ardı var
Comments are closed.